Britaniya müdafiəyə əlavə milyardlarla funt sterlinq ayırmağı planlaşdırır
Far.Az xəbər saytı

Britaniya müdafiəyə əlavə milyardlarla funt sterlinq ayırmağı planlaşdırır


Böyük Britaniya hökuməti ölkənin ümumi daxili məhsulunda (ÜDM) hərbi xərclərin payını artıraraq müdafiə ehtiyaclarına əlavə milyardlarla funt sterlinq ayırmaq niyyətindədir.

"Report" "The Sunday Times" qəzetinə istinadən xəbər verir ki, Böyük Britaniyanın maliyyə naziri Con Hilinin oktyabrın 28-də 2027-ci ilin büdcə layihəsinin təqdimatı zamanı müvafiq bəyanatla çıxış edəcəyi gözlənilir.

Nəşrin məlumatına görə, əlavə maliyyələşmənin əsas alıcıları pilotsuz uçuş aparatlarının istehsalçıları və hərbi texnologiyaların işlənib hazırlanması ilə məşğul olan şirkətlər olacaq.

Ehtimal edilir ki, yeni xərclər digər istiqamətlər üzrə maliyyələşmənin ixtisarı hesabına deyil, uzunmüddətli dövlət borclanmaları hesabına qarşılanacaq.

Qəzet qeyd edib ki, bu qərar Böyük Britaniyanın ÜDM-də müdafiə xərclərinin payının artmasına gətirib çıxaracaq.

Oxşar xəbərlər

Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Məşhur çips məhsulunda UYĞUNSUZLUQ AŞKARLANDI
"Botanica Residence"nin rəsmi təqdimatı baş tutdu: Təbiət və şəhər həyatının harmoniyası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər