Azərbaycan Rəqəmsal Əməkdaşlıq Təşkilatının üzvü olub
Azərbaycan nüfuzlu Rəqəmsal Əməkdaşlıq Təşkilatına (DCO) üzv qəbul olunub.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu üzvlük Azərbaycana bir sıra mühüm imkanlar yaradacaq. Ölkəmiz DCO platforması vasitəsilə qabaqcıl rəqəmsal siyasətlərə, təcrübə mübadiləsinə və beynəlxalq standartlara çıxış əldə edəcək. Eyni zamanda yerli startaplar üzv ölkələrin bazarlarına, birgə akselerasiya proqramlarına və vençur fondlarına çıxış imkanı qazanacaq. Gənclər və İKT mütəxəssisləri üçün birgə təlim və sertifikasiya proqramları vasitəsilə rəqəmsal bacarıqların artırılması sürətlənəcək, elektron ticarət və data əsaslı biznes modelləri üzrə yeni əməkdaşlıq imkanları açılacaq. Bundan əlavə, Azərbaycan Cənubi Qafqaz və Orta Asiya regionunda rəqəmsal körpü rolunu daha da gücləndirəcək, dövlət xidmətlərinin rəqəmsallaşması istiqamətində isə e-hökumət, süni intellekt və smart həllər sahəsində üzv ölkələrin təcrübəsindən faydalanmaq mümkün olacaq.
Bununla yanaşı, Azərbaycanın İKT potensialının, Rəqəmsal İnkişaf Şurası çərçivəsində həyata keçirilən işlərin, rəqəmsallaşma üçün yaradılmış imkanların və son illərdə reallaşdırılmış əsas rəqəmsal layihələrin DCO və üzv ölkələrlə paylaşılması, eləcə də təcrübə mübadiləsinin aparılması Azərbaycanın gələcəkdə rəqəmsal məhsul və xidmətlər üzrə ixrac potensialının artırılmasına xidmət edəcəkdir. Bu layihələr sırasında vətəndaş, dövlət qurumu və bizneslər üçün vahid elektron xidmət sistemi olan "mygov" və "mygov Business" platformaları, dövlət rəqəmsal xidmətləri arasında fasiləsiz məlumat mübadiləsini təmin edən "Digital Bridge", təhlükəsiz vahid giriş sistemi "Digital Login", qurumlararası sənəd idarəçiliyini optimallaşdıran Rəqəmsal Sənəd Dövriyyəsi Sistemi (RSD), eləcə də pulsuz biometrik rəqəmsal imza həlli olan SIMA yer alır.
DCO-ya üzvlük Azərbaycanın regional və qlobal müstəvidə rəqəmsal elm, səhiyyə, təhsil, ticarət, iqtisadiyyat və təhlükəsizlik sahələrində əməkdaşlığını gücləndirəcək, rəqəmsal transformasiyanı və texnologiya bazarının inkişafını dəstəkləyən qanunvericilik və siyasətlərin koordinasiyasına töhfə verəcək.
2020-ci ilin noyabr ayında təsis edilən DCO, rəqəmsal iqtisadiyyatın inklüziv artımını sürətləndirməklə hamı üçün rəqəmsal rifahın təmin olunmasını hədəfləyən qlobal çoxtərəfli təşkilatdır.
Oxşar xəbərlər
"MiniBoss Business School"un Startaplar üzrə Milli Çempionatınınən yaxşı layihələri müəyyənləşdi
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yuxulu "Prius" sürücüsü avtomobilini "Qış Parkı"na saldı
-
Sumqayıtda kimyəvi məhluldan zəhərlənən 45 yaşlı kişi ölüb
-
İngiltərə Premyer Liqası: "Arsenal" səfərdə "Aston Villa"nı məğlub edib
-
"Qarabağ" Dani Boltla yolları ayırıb
-
Kölndə səyyar konsulluq xidməti təşkil olunacaq
-
Bakı-Sumqayıt yolundakı tıxaclar havanın çirklənməsinə necə təsir edir?













