Qadın güləşi üzrə Azərbaycan millisinin məşqçisi Həsrət Məmmədyarov vəfat edib
Qadın güləşi üzrə Azərbaycan milli komandasının məşqçisi Həsrət Məmmədyarov vəfat edib.
"Report" Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, 67 yaşlı Əməkdar məşqçi bu gün dünyasını dəyişib.
1959-cu il fevralın 1-də Ağsu rayonunda anadan olan Məmmədyarov uşaq yaşlarından sərbəst güləşlə məşğul olmağa başlayıb. O, dəfələrlə SSRİ və Azərbaycan çempionatlarının qalibi, SSRİ Silahlı Qüvvələrinin çempionu olub, həmçinin veteranlar arasında üçqat dünya çempionu titulunu qazanıb.
Mütəxəssis 2008-ci ildən sərbəst və qadın güləşi üzrə müxtəlif yaş qrupları üzrə Azərbaycan yığmalarında çalışıb. Məşqçinin fəaliyyəti dövründə pəhləvanlar dünya və Avropa çempionatlarında, eləcə də Olimpiya Oyunlarında müxtəlif əyarlı medallar əldə ediblər.
Qeyd edək ki, səmərəli fəaliyyətinə görə "Əməkdar məşqçi" fəxri adına layiq görülən Həsrət Məmmədyarov "Tərəqqi" medalı ilə də təltif olunub.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Media nümayəndələri Bakı Olimpiya Stadionunda WUF13-lə bağlı görülən işlərlə tanış olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ alimləri potensial qaranlıq materiyanın siqnalını aşkar ediblər
-
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
-
306 milyonluq heyət: "Fənərbağça" ÇL-də nə qədər irəliləyəcək?
-
Goranboyda sursat anbarında YANĞIN
-
Gürcü politoloq: Azərbaycanın Avrasiyada artan rolu Gürcüstan üçün də yeni imkanlar yaradır
-
Sumqayıtda ev sahibinin oğlu yaşadığı mənzili yandırıb













