Vəkillər Kollegiyasının iclası keçirilib, bir vəkil cərimələnib
Far.Az xəbər saytı

Vəkillər Kollegiyasının iclası keçirilib, bir vəkil cərimələnib


Vəkillər Kollegiyası Rəyasət Heyətinin iclası keçirilib.

Bu barədə "Far.Az"a qurumdan məlumat verilib.

Bildirilib ki, iclasda Vəkillərin İntizam Komissiyasının rəylərinə də baxılıb. Rəyasət Heyətinin müvafiq qərarı ilə yol verilən intizam pozuntusuna görə 1 vəkil barəsində cərimə intizam tənbehi tətbiq olunub.

İclasda həmçinin kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə görülən işlər, əldə olunan nəticələr və qarşıda duran əsas prioritet istiqamətlər barədə məlumat verib.

Sonra iclasın gündəliyinə uyğun olaraq vəkilliyə qəbulla bağlı məsələyə baxılıb. Belə ki, ixtisas imtahanlarının yazılı və şifahi mərhələlərini, həmçinin icbari təlim proqramlarını uğurla tamamlayan namizədlər üçün andiçmə mərasimi keçirilib. Namizədlər vəkil etikası normalarına və peşə borcuna sadiq qalacaqlarına dair and içərək Kollegiyanın üzvlüyünə qəbul olunublar. Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Eyni zamanda iclasda bəzi vəkillərin digər vəkil qurumlarına keçirilməsi, öz arzusu ilə vəkillik fəaliyyətinə xitam verilməsi, müəyyən müddətə vəkillik fəaliyyətinin dayandırılması, habelə müəyyən müddətə üzvlük haqqının ödənilməsindən azad olunması ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

Bundan başqa, "Vəkil qurumlarında və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən kargüzarlığın aparılmasına dair" Təlimat müzakirə olunub. Həmçinin vəkil büroları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən 2026-cı ildə hüquqi yardım göstərilməsi ilə bağlı yarımillik statistik hesabat təhlil edilib.

Həmçinin iclasda bəzi vəkil bürolarında aparılmış monitorinqlərin nəticələri barədə məlumat verilib. Qeyd olunub ki, monitorinq zamanı müəyyən nöqsanlar aşkarlanıb və onların qısa müddətdə aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib. Eyni zamanda monitorinq mexanizmlərinin daha da təkmilləşdirilməsi və bu istiqamətdə nəzarət tədbirlərinin səmərəliliyinin artırılması qərara alınıb.

Sonda Kollegiyanın fəaliyyəti ilə bağlı digər cari və əhəmiyyətli məsələlər müzakirə edilib, onların həlli istiqamətində müvafiq qərarlar qəbul olunub.

Oxşar xəbərlər

İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər