Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI
Far.Az xəbər saytı

Bakının bu ərazisində su təchizatında fasilə yaranıb – SƏBƏBİ AÇIQLANDI


Suraxanı rayonu, Hövsan qəsəbəsində içməli su borusundan suyun küçəyə axması ilə bağlı sakinlərdən şikayət daxil olub.

Vətəndaşlar bu barədə Far.Az-in "qaynar xətti"nə məlumat veriblər. Bildirilib ki, hadisə qəsəbədə, Kingsmart mağazasının yaxınlığında baş verib.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən Far.Az-ə bildirilib ki, Hövsan qəsəbəsinin bəzi ərazilərini içməli su ilə təmin edən şəbəkə xəttində qəza baş verib.

Qeyd olunub ki, qəzanın aradan qaldırılması ilə əlaqədar su təchizatında müvəqqəti fasilə yaranıb. Hazırda su təminatının bərpası istiqamətində intensiv işlər aparılır.

Bildirilib ki, suyun əvvəlki qrafiklə verilməsi noyabrın 19-da gün ərzində təmin olunacaq.

Oxşar xəbərlər

"Omid"in bir mağazasının fəaliyyəti qismən MƏHDUDLAŞDIRILIB
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər