Hindistanda daşqınlar səbəbindən 16 mindən çox şəxs təxliyə edilib, 3 nəfər ölüb
Hindistanın Uttar-Pradeş ştatında baş verən daşqınlar nəticəsində 16 784 nəfər təxliyə edilib, 3 nəfər ölüb.
"Far.Az" xəbər verir ki, bu barədə "Hindustan Times" yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin nəticələri ştatın 35 dairəsindən 23-nə təsir edib. Bəzi ərazilərdə təkrar daşqın təhlükəsi qalmaqdadır. Xüsusilə Balliya dairəsində Qanq və Sarayu çaylarında suyun səviyyəsinin yüksəlməsi təxminən 20 500 nəfərə təsir edib.
Daşqınlar nəticəsində 3 nəfər, o cümlədən Pratapqarhda 18 aylıq uşaq, Qacraula şəhərində isə 32 yaşlı qadın və 55 yaşlı kişi həlak olub. Həmçinin yüzlərlə evə ziyan dəyib.
Qeyd olunur ki, axtarış-xilasetmə əməliyyatlarına 1 499 qayıq və motorlu kater, eləcə də 1 067 tibbi briqada cəlb edilib. Ştat hakimiyyəti 1 311 müvəqqəti yaşayış məntəqəsi yaradıb.
Oxşar xəbərlər
Mingəçevirdə qəza zamanı xilasetmə əməliyyatlarına dair təlim keçirilib
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Bakı və Sumqayıtda qripə qarşı peyvəndlənməyə başlanılıb
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib













