Musiqi dinləməsi 13 yaşlı velosipedçinin həyatına son qoydu
Ötən gün saat 18 radələrində Neftçala rayonunun Həsənabad qəsəbəsi ərazisində baş verən yol-nəqliyyat hadisəsinin səbəbi bilinib.
Far.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
Bildirilib ki, buna səbəb velosiped idarə edən qəsəbə sakininin çiynində daşıdığı portativ səsucaldıcıda musiqi dinləməsi olub. 13 yaşlı velosipedçi yol kəsişməsində F.Həsənovun idarə etdiyi "Belarus" markalı traktorun qoşqusu ilə toqquşub.
O, hadisə yerində həyatını itirib.
"Təəssüf ki, statistik nəticələr də göstərir ki, bu gün istər yaşayış məntəqələrində, istərsə də yaşayış məntəqələrindən kənarda, avtomagistrallarda velosiped, skuter və digər ikitəkərli nəqliyyat vasitələri idarə edən azyaşlılar tərəfindən kobud qayda pozuntularına yol verilməsi hallarına tez-tez rast gəlinir.
Baş Dövlət Yol Polisi İdarəsi bütün yol hərəkəti iştirakçılarını bu faciəli hadisədən düzgün nəticə çıxarmağa, xüsusilə azyaşlıları velosiped və ya digər ikitəkərli nəqliyyat vasitəsi idarə edərkən təhlükəsizlik qaydalarına qeyd-şərtsiz əməl etməyə çağırır, bu işdə valideyn nəzarətinin mühüm rol oynadığını məxsusi qeyd edir!" - deyə məlumatda vurğulanıb.
Oxşar xəbərlər
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Qubada qaydaları pozan qazilər həbs edildilər
-
Ucarda ilk dəfə "Çəltik və Aqrar Biznes Festivalı" keçirilir
-
Şamaxıda kanalizasiya daşdı, evi su basdı
-
Xocavənd və Ağdərəyə daha 42 ailə yola salınıb
-
Azərbaycan BMT-də din və əqidə azadlığı üzrə xüsusi məruzəçiyə etiraz edib
-
Antonelli ABŞ Qran-prisində "Formula-1" tarixinin ən gənc çempionu ola bilər













