Danimarka Ukraynaya F-16 qırıcı təyyarələri üçün 50 min döyüş sursatı verib
Far.Az xəbər saytı

Danimarka Ukraynaya F-16 qırıcı təyyarələri üçün 50 min döyüş sursatı verib


Danimarka Ukraynaya F-16 qırıcı təyyarələrinin bort topları üçün 20 mm kalibrli 50 mindən çox döyüş sursatı təhvil verib.

"Far.Az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin məlumatında bildirilib.

"Əlavə döyüş sursatı ilə bağlı sorğuya sürətli və effektiv cavab verdiyinə görə Danimarkaya təşəkkür edirik. Belə operativlik Ukrayna hava hücumundan müdafiəsinin gücləndirilməsi və insanların Rusiyanın hava hücumlarından qorunması üçün birbaşa əhəmiyyət daşıyır", – məlumatda qeyd olunub.

Nazirlikdən vurğulanıb ki, Ukrayna pilotları artıq döyüş sursatlarından reaktiv zərbə pilotsuz uçuş aparatlarının qarşısını almaq üçün istifadə edirlər.

Xatırladaq ki, Danimarka Ukrayna raket və pilotsuz uçuş aparatları istehsalçısı "Fire Point"in Danimarka törəmə şirkətinə 750 milyon krona (112,6 milyon dollar) məbləğində kredit zəmanəti verir.

Oxşar xəbərlər

Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
"Formula 1" pilotları Bakıda azarkeşlərlə görüşüb
Nazirlikdən "Baku Electronics" MMC-yə məxsus mağazada YOXLAMA
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - YENİLƏNİB

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər