Bakıda keçiriləcək üzgüçülük üzrə Dünya Kubokuna hazırlıq məsələləri müzakirə olunub
Bakıda keçiriləcək üzgüçülük üzrə "Silk Way" Dünya Kubokuna hazırlıq prosesi ilə bağlı Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə yerli Təşkilat Komitəsinin növbəti iclası keçirilib.
Bu barədə "Report"a ASF-nin mətbuat xidmətindən məlumat verilib.
Tədbirdə təşkilati və texniki məsələlər, yarışın proqramı, akkreditasiya, nəqliyyat, qidalanma, eləcə də açılış və mükafatlandırma mərasimləri müzakirə olunub. Dünya Kubokunun startına bir aydan az müddət qalması nəzərə alınaraq, qarşıda duran əsas vəzifələr və növbəti mərhələdə görüləcək işlər müəyyənləşdirilib.
İclasda ASF-nin prezidenti Zaur Əliyevlə yanaşı, icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezident Jalə Əhmədova, Bakı Su İdman Sarayının rəhbəri Əjdər Rəhimov, baş katib Oqtay Atayev, müşavir Rəşad Əbdürəhmanov, əməliyyatlar üzrə direktor Fuad Balakişiyev, əməliyyatlar üzrə menecer Nərgiz Rüstəmova və Yerli Təşkilat Komitəsinin digər üzvləri iştirak ediblər.
Xatırladaq ki, 2026-cı il oktyabrın 1-3-də üzgüçülük üzrə "Silk Way" Dünya Kubokunun ilk mərhələsinə Bakı ev sahibliyi edəcək. Növbəti mərhələlər isə Özbəkistanın Daşkənd (8-10 oktyabr) və Qazaxıstanın Astana (15-17 oktyabr) şəhərlərində baş tutacaq.
Oxşar xəbərlər
Leyla Əliyeva və Alyona Əliyeva mükafatlandırma mərasimində iştirak ediblər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
"Qarabağ"ın və Azərbaycan millisinin futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
"Qarabağ"ın futbolçusu Elvin Cəfərquliyev əməliyyat olunub
-
ABŞ-də Trampın təsviri olan dollar sikkələr buraxılıb
-
Sakinlərin kabusuna çevrilən küçə itləri dəhşət saçır: 100-dən çox insan xəstəxanalıq olub
-
"Şamaxinka"dan Biləcəri enən yol bağlanacaq













