Seneqallı nazir "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub
Seneqalın dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub.
Bu barədə "Far.Az"a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, Agentliyin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə ətraflı məlumat verib.
Görüş zamanı 2025-ci ilin iyunun 3-də tərəflər arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində görülmüş işlər və nəzərdə tutulan fəaliyyətlərə dair müzakirələr aparılıb.
Seneqal tərəfi qısa müddət ərzində ölkələrində "ASAN xidmət" modeli əsasında dövlət xidmətləri mərkəzlərinin qurulacağını ifadə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılışı olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var













