Əməkdar artist: Canlandırdığım obrazın daxili dünyasını daha dərindən anlamağa çalışdım
"İvan İliçin ölümü" tamaşasında canlandırdığım Praskovya Fyodorovna nə qədər soyuq görünsə də, əslində, çox bədbəxt qadındır. O, müəyyən qaydalar çərçivəsində yaşamağa, həyatını həmin qaydalara uyğun qurmağa çalışan insandır.
Far.Az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Əməkdar artist Şəlalə Şahvələdqızı söyləyib.
O qeyd edib ki, tamaşanın hazırlıq prosesi maraqlı keçib. Obraz üzərində işləyərkən Praskovya Fyodorovnanın daxili dünyasını, İvan İliçlə münasibətlərini və yaşadığı mənəvi boşluğu daha dərindən anlamağa çalışıb. "İvan İliçlə sevərək evlənsələr də, zaman keçdikcə məişət qayğıları, xırda problemlər onları bir-birindən uzaqlaşdırır. Aralarında getdikcə böyüyən, sanki səssizcə qışqıran bir boşluq yaranır. Bu boşluq tədricən hər ikisinin ruhuna hopur. İnsanlar bəzən müəyyən bir görüntünü qorumaq naminə yaşayarkən həyatlarında ən vacib olan şeylərin yanından ötüb keçdiklərini fərq etmirlər. Bunu isə çox gec anlayırlar. Məncə, insanın ən böyük faciələrindən biri də həqiqəti məhz gec dərk etməsidir",- deyə Əməkdar artist əlavə edib.
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
WUF13-ün beşinci günündən maraqlı anlar - FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək
-
AzTV-də yeni dövr başlayır: Televiziyada nələr dəyişəcək?
-
Tramp İranla münaqişənin tezliklə həll olunacağına ümid edir
-
FTB ABŞ-nin Yunanıstandakı keçmiş səfirinin fəaliyyətini araşdırır













