Roza Bayramlı: "Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında strateji nəqliyyat və enerji qovşağına çevrilir"
Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında əhəmiyyətli nəqliyyat, enerji və rəqəmsal əlaqə mərkəzinə çevrilir.
"Report" xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin ("AIR Center") baş məsləhətçisi Roza Bayramlı Bakıda mərkəz ilə "LINKS Europe" Fondunun birgə təşkil etdiyi dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Orta Dəhliz Avropa və Asiya arasında əsas nəqliyyat və kommunikasiya marşrutlarından birinə çevrilir: "Ukraynadakı müharibə, ənənəvi təchizat zəncirlərindəki problemlər və digər nəqliyyat marşrutlarındakı qeyri-sabitlik fonunda son illərdə onun əhəmiyyəti xeyli artıb. Avropa İttifaqı (Aİ) bu dəhlizə son dərəcə böyük diqqət ayırır. Eyni zamanda, Azərbaycan və Mərkəzi Asiya ölkələri nəqliyyat, ticarət, enerji və rəqəmsal bağlantı sahələrində əməkdaşlığı gücləndirir".
R.Bayramlı vurğulayıb ki, Aİ Mərkəzi Asiya ilə Avropa arasında yük daşınması müddətini təqribən 15 günə qədər qısaltmağı hədəfləyir: "Azərbaycan bu hədəfin reallaşmasında vacib rol üzərinə götürür".
Baş məsləhətçi deyib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun ötürücülk qabiliyyəti ildə 5 milyon tona qədər artırılıb, Bakı Beynəlxalq Dəniz Limanı isə hazırda 15 milyon ton yük və təxminən 150 min TEU emal etmək imkanına malikdir. Genişləndirmədən sonra bu göstəricilər müvafiq olaraq 25 milyon tona və 500 min TEU-ya qədər artmalıdır.
O xatırladıb ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yükdaşımaların həcmi 2023-cü ildəki 2,76 milyon tondan 2024-cü ildə 4,48 milyon tona qədər artıb, 2025-ci ildə isə 4,1 milyon tonu ötüb: "Orta Dəhliz sadəcə nəqliyyat marşrutu olmaqdan çıxaraq, Azərbaycanla Mərkəzi Asiya arasında daha sıx iqtisadi və rəqəmsal əlaqələr yaradır, həmçinin onların Avropa ilə əlaqələrini gücləndirir".
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində olub
Azərbaycanın multikulturalizm dəyəri Belçikada - FOTOREPORTAJ
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər













