Azərbaycan və Seneqal dövlət xidmətlərinin rəqəmsallaşdırılması üzrə birgə fəaliyyəti nəzərdən keçirib
Azərbaycan və Seneqal rəqəmsal inkişaf və innovasiya sahəsində əməkdaşlığı müzakirə edib.
"Far.Az" xəbər verir ki, bununla bağlı müzakirələr rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənovun Seneqalın dövlət qulluğu, əmək və dövlət xidmətinin islahatı naziri Mamadou Lamine Diantenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə keçirilən görüşdə baş tutub.
Səfər İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin dəstəyi ilə təşkil olunub.
Görüş zamanı, o cümlədən ötən ilin dekabrında imzalanmış anlaşma memorandumları çərçivəsində görülmüş işlər müzakirə edilib. Seneqal tərəfi ölkədə həyata keçirilən dövlət xidmətlərinin rəqəmsal transformasiyası gündəliyi barədə məlumat verib.
Tərəflər əməkdaşlığın perspektiv istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Dövlət xidmətlərinin rəqəmsallaşdırılması, xüsusilə "myGov" platforması üzrə təcrübə mübadiləsi məsələlərinə diqqət yetirilib. Həmçinin dövlət qulluqçularının süni intellekt və kibertəhlükəsizlik sahələrində bilik və bacarıqlarının artırılmasının vacibliyi vurğulanıb. Startap ekosisteminin dəstəklənməsi istiqamətində əməkdaşlıq imkanları da nəzərdən keçirilib.
Görüş Azərbaycanın rəqəmsal həllərinin təşviqi və beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi baxımından əhəmiyyətli addım kimi qiymətləndirilir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib
-
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
-
Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO
-
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
-
İranda neft tanker partlayıb, on nəfər ölüb
-
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb













