UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub
Far.Az xəbər saytı

UEFA reytinqi: Azərbaycan həftəni 24-cü pillədə başa vurub


Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.

"Far.Az"un məlumatına görə, bu, UEFA Avropa Liqasının əsas mərhələsinin III turunun oyunlarından sonra bəlli olub.

İsrailin "Hapoel" (Beer-Şeva) klubu Belçikada "Yunion"a dörd cavabsız topla uduzub. Bu nəticədən sonra İsrailin Azərbaycanı keçə bilməyəcəyi dəqiqləşib.

Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci yerdədir. 23-cü sırada Ukrayna (24.837) yer alıb.

UEFA reytinqində İngiltərə (106.463) birinci pillədə qərarlaşıb.

Xatırladaq ki, Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Sabah" komandasıdır. Bakı klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubuna uduzub - 1:2.

Oxşar xəbərlər

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Sabah" - "Hapoel" oyununda dördüncü qol vurulub - YENİLƏNİB-6
"Sabah" UEFA Çempionlar Liqasında əsas mərhələyə vəsiqə qazanıb - YENİLƏNİB-11
UEFA Çempionlar Liqası: "Sabah" evdə Dortmund "Borussiya"sı ilə bacarmayıb - Yenilənib-6
UEFA Çempionlar Liqası: "Sabah" dördüncü qolu "Hapoel"in qapısından keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər