Bakıda qalib gələn xorvatiyalı: "İkinci olan idmançı üçün heyifsilənirəm"
"IRONMAN 70.3 Baku" yarışında ilk finiş edən xorvatiyalı triatlonçu Matej Jukiç yarışdan sonra təəssüratını bölüşüb.
Far.Az Oxu.az-a istinadən xəbər verir ki, Xorvatiyanın kiçik şəhərlərindən birindən olduğunu bildirən idmançı Bakıda göstərdiyi nəticədən razı qaldığını deyib.
O qeyd edib ki, bu, onun şəxsi ən yaxşı nəticəsi deyil:
"Ümumilikdə yarışdan çox razıyam. Qaçış mərhələsində son kilometrə yaxın komanda yoldaşım mənə dedi ki, birinci olmaq istəyirəmsə, sürətimi artırmalıyam. Mən də son kilometrdə tempimi yüksəltdim və nəticədə finişə ilk çatdım. İkinci yeri tutan idmançı ilə aramızda cəmi bir saniyə fərq oldu".
Jukiç qaçış mərhələsinin, adətən, onun üçün ən rahat hissə olduğunu, lakin bu dəfə vəziyyətin fərqli olduğunu bildirib:
"Adətən, qaçış mənim üçün ən asan mərhələdir. Amma bu dəfə çox çətin keçdi. Bu, yarım IRONMAN-dir. Qarşıda isə tam IRONMAN məni gözləyir. İki həftədən sonra tam məsafəli yarışda iştirak edəcəyəm və artıq ona hazırlaşıram".
Xorvatiyalı triatlonçu son anda birinci olduğunu öyrənməsinin yaratdığı hisslərdən də danışıb:
"Bu, inanılmaz emosiyadır. Eyni zamanda, ikinci olan idmançı üçün heyifsilənirəm. Çünki finişə çatmağımda və sürətimi artırmağımda onun böyük rolu oldu. Mənə son kilometrdə sürətimi artırmağı məsləhət gördü və nəticədə birinci oldum, ən yaxşı nəticəmi göstərdim".
Qeyd edək ki, "IRONMAN 70.3 Baku" yarışında 62 ölkədən 1 500-dən çox triatlonçu iştirak edir. İdmançılar ümumilikdə 113 kilometr məsafə qət edirlər. Yarış 1.9 kilometr üzgüçülük, 90 kilometr velosiped və 21.1 kilometr qaçış mərhələlərindən ibarətdir.
Oxşar xəbərlər
Bakıda keçirilən "IRONMAN 70.3" triatlon yarışının qalibi müəyyənləşdi
Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
Alim: Füzulinin qəbrini Azərbaycana gətirsək, ruhu narahat olar - MÜSAHİBƏ
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib
-
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
-
Azərbaycanda güclü sellərə nə dərəcədə hazırıq? - FOTO
-
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
-
İranda neft tanker partlayıb, on nəfər ölüb
-
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb













