Türkiyənin Azərbaycana metal ixracından qazancı 3 %-dən çox azalıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Türkiyədən 87,297 milyon ABŞ dolları dəyərində qara və əlvan metal idxal edib.
"Far.Az" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,2 % azdır.
Avqust ayında isə Türkiyə Azərbaycana 10,365 milyon ABŞ dolları dəyərində qara və əlvan metal ixrac edib ki, bu da bir il əvvələ nisbətən 7,3 % azdır.
Yanvar-avqust aylarında Türkiyənin qara və əlvan metal ixracının ümumi dəyəri illik müqayisədə 13,6 % artaraq 9,917 milyard ABŞ dollarına, avqust ayında isə 19,3 % artaraq 1,311 milyard ABŞ dollarına çatıb.
Türkiyədən ən çox qara və əlvan metal idxalını Almaniya 1 milyard 187,484 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 13,2 % çox), İtaliya 766,034 milyon ABŞ dolları (+9,6 %) və Bolqarıstan 676,721 milyon ABŞ dolları (+51,7 %) dəyərində həyata keçirib.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Xarici diplomatlar Şuşada Qazançı kilsəsinə baş çəkib
Türkiyənin Azərbaycana metal ixracından gəliri 3 %-ə yaxın azalıb
Dünyanın ən varlı futbolçuları
Bu günə qədər Azərbaycan vasitəsilə İrandan 917 nəfər təxliyə olunub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Bu gün Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Ərdoğan BƏƏ Prezidenti ilə İran-ABŞ gərginliyini müzakirə edib












