"Betis"in futbolçusu Fakundo Bernal Lamin Yamalı vurduğu üçün 4 oyunluq cəzalandırılıb
İspaniyanın "Betis" klubunun yarımmüdafiəçisi Fakundo Bernal "Barselona"nın vingeri Lamin Yamalı baş zərbəsi ilə vurduğu üçün 4 oyunluq cəzalandırılıb.
"Far.Az" xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qərar qəbul edib.
Hadisə İspaniya La Liqasının IX turunun "Betis" – "Barselona" matçında (2:5) baş verib. İkinci hissənin əvvəlində L.Yamal komanda yoldaşının tərəfini saxladıqdan sonra F.Bernal onun üzünə zərbə endirib. Bu qayda pozuntusuna görə Sevilya təmsilçisinin futbolçusu birbaşa qırmızı vərəqə alıb.
23 yaşlı F.Bernalın cəzası İspaniya Kubokunun oyunlarına da şamil edilir. Yarımmüdafiəçinin noyabrın 22-də "Seviliya" ilə görüşdə meydana qayıdacağı gözlənilir.
Oxşar xəbərlər
Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı
Lamin Yamal 19 yaşını belə qeyd etdi
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Mehriban Əliyeva növbəti beş il müddətinə Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib
Azərbaycanda vərəqə şüşə istehsal edən ilk zavoddan REPORTAJ
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Culfada baş verən avtomobil qəzasında bir nəfər ölüb, səkkiz nəfər xəsarət alıb
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Sabah Yasamal, Nizami və Binəqədi rayonlarının bir hissəsində işıq olmayacaq
-
Bu ölkədə Ebola virusuna ilk yoluxma halı təsdiqlənib
-
Albaniyada etirazçılar baş nazirin dialoq təklifini geri çeviriblər
-
"Sabah" "Borussiya Dortmund"a məğlub oldu













