"Mançester Yunayted" Yulian Naqelsmannı baş məşqçi postuna namizəd kimi nəzərdən keçirir
İngiltərənin "Mançester Yunayted" klubu Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannı komandanın baş məşqçi postuna namizədlərdən biri kimi nəzərdən keçirir.
"Report" "talkSPORT" portalına istinadən xəbər verir ki, mankunianların rəhbərliyi İngiltərə Premyer Liqasının VIII turunun "Bornmut"la matçınadək Maykl Kerriki istefaya göndərməyi planlaşdırmır.
Yulian Naqelsmann ilə yanaşı, "Mançester Yunayted"in siyahısına "Brayton"un baş məşqçisi Fabian Hürtseler və hazırda işsiz olan Antonio Konte də daxildir. Kontenin İngiltərə klubuna rəhbərlik etməyə hazır olduğu, lakin Premyer Liqa təmsilçisinin rəhbərliyi tərəfindən hələlik ona maraq göstərilmədiyi bildirilib.
Qeyd edək ki, "Mançester Yunayted" oktyabrın 21-də UEFA Çempionlar Liqasının liqa mərhələsinin III turunda "Komo"ya uduzub (1:4) və qələbəsiz seriyanı 7 oyuna çatdırıb. Mançester təmsilçisi Premyer Liqada keçirdiyi 7 turdan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
YAP-ın VIII Qurultayı keçirilib, İlham Əliyev çıxış edib
Bakıda Azərbaycan Könüllülərinin VIII Həmrəylik Forumu keçirildi
"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanıb - YENİLƏNİB-11
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Konfrans Liqası: "Neftçi" öndə olduğu matçda "Dinamo"ya uduzub - YENİLƏNİB-9
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Yasamal və Binəqədinin bir hissəsində işıq olmayacaq
-
"Gəncə Mall"da oğurluq
-
Türk dövlətləri konstitusiya məhkəmələrinin nümayəndələri Xankəndidə görüşdülər
-
"Araz-Naxçıvan"ın prezidenti Ceyhun Sultanov: "8 turun nəticələrindən razı qalmaq mümkün deyil"
-
FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək Azərbaycan millisinin açıq məşqi təşkil olunacaq
-
BDU-da Yer elmləri və ətraf mühit tədqiqatları Mərkəzi yaradılır













