Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub – YENİLƏNİB
Afinada keçirilən aviaşou zamanı qəzaya uğrayan F-4 Phantom qırıcısının iki pilotu həlak olub.
"Report"un məlumatına görə, bu barədə "Afina-Makedoniya" agentliyi yerli hakimiyyət orqanlarına istinadən xəbər yayıb.
Məlumata görə, pilotların cəsədləri qəza yerində aşkarlanıb.
Yunanıstanın "F-4 Phantom" qırıcısı Afina yaxınlığındakı Tanaqra hava limanında aviaşou zamanı qəzaya uğrayıb.
"Report" xəbər verir ki, bu barədə "Reuters" Yunanıstan Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadən məlumat yayıb.
Yunanıstan Teleradioyayım Korporasiyasının (EPT) məlumatına görə, təyyarənin düşməsindən dərhal sonra partlayış baş verib. Hadisə yerində olan müxbirlər qeyd ediblər ki, təyyarə qəfildən yerə enməyə başlayıb və sonda yerə çırpılıb.
Hadisə yerində paraşütlər aşkar edilməyib. Ekipajın taleyi naməlumdur.
İki pilotun katapult edib-etmədiyi barədə hələ ki rəsmi məlumat yoxdur.
İnsident nəticəsində baş verən yanğının söndürülməsinə iki helikopter cəlb olunub.
Oxşar xəbərlər
Azərbaycanın pilotları çətin döyüş manevrləri üzrə tapşırıqlar yerinə yetiriblər
17 yaşında təyyarə idarə edən pilotun miniatür dünyasından FOTOREPORTAJ
Lökbatanda anbardakı yanğının söndürülməsinə 2 helikopter cəlb olunub - YENİLƏNİB-4
Yunanıstanda "F-4 Phantom" qırıcısı aviaşou zamanı qəzaya uğrayıb
Bakıda obyektdə güclü PARTLAYIŞ - 7 nəfər xilas edilib, yaralılar var
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Gəncə" FIBA Avropa Kubokundakı növbəti matçında məğlub olub
-
FIBA Avropa Kuboku: "Neftçi" Bolqarıstan səfərində uduzub
-
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (05.11.2026)
-
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub - Yenilənib-7
-
Tramp administrasiyasında İrana qarşı növbəti addımlarla bağlı fikir ayrılığı yaranıb
-
İşçilərin maaşları artıq bu qaydada ödəniləcək













