Polşa Prezidentinin mətbuat katibi onun toxunulmazlığının pozulduğunu bildirib
Polşa prezidentinin Konstitusiya Tribunalının binasına daxil olmasına mane olmaq cəhdi onun toxunulmazlığının pozulmasıdır
"Report" xəbər verir ki, bunu Polşa Prezidentinin mətbuat katibi Rafal Leşkeviç X sosial şəbəkəsində bildirib.
"Konstitusiya Tribunalının hakimi Matey Berek indicə cinayət əməlinin törədilməsini sənədləşdirib. Qəsbkarlar prezidentin Konstitusiya Tribunalına daxil olmasına mane olmağa çalışaraq onun toxunulmazlığını pozublar", – mətbuat katibi yazıb.
Bundan əvvəl Berek prezidentin məhkəmə binasına daxil olmasına bir qrup kişinin mane olmağa çalışdığını əks etdirən video yayımlayıb. Kadrlarda prezident içəri keçməyə çalışarkən həmin şəxslərin onu saxladığı görünür.
Navrotskinin Aparat rəhbəri Pavel Şefernaker daha sonra prezidentin Konstitusiya Tribunalının binasına daxil olduğunu bildirib. Məlumata görə, onu Polşa Ali Məhkəməsinin birinci sədri Zbiqnev Klapinski müşayiət edib.
"Onet" portalı isə Navrotskinin Prezident Sarayında Konstitusiya Tribunalının sədri Boqdan Sventyçkovski ilə görüşdüyünü iddia edib. Sventyçkovski bundan əvvəl tutduğu vəzifədən müvəqqəti kənarlaşdırılıb. Bundan sonra məhkəmə binası qarşısında vəziyyət gərginləşib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Birinci vitse-prezident Mehriban Əliyeva Müqəddəs Pavel Bazilikasının baş keşişi ilə görüşüb
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özcan Denizin həyat yoldaşı 3 yaşlı bacısı oğlunun yasına gedə bilmədi
-
Yeni Suraxanı-Hövsan dəmiryol xətti bərpa ediləcək, layihələndirmə işlərinin 30 %-i yekunlaşıb
-
Salyanda məktəb binasını yandırmağa cəhd edən şəxslər həbs edilib
-
Sadiq Əliyev kimdir? Maliyyə nazirinin yeni müavini haqqında DOSYE
-
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (30.10.2026)
-
Roman Abramoviç Bakıya gəlib













