İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb
Far.Az xəbər saytı

İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində əməkdaşlıq proqramı imzalayıb


İsrail və Almaniya 2027-ci il üçün enerji sahəsində birgə əməkdaşlıq proqramı imzalayıb.

"Far.Az"un İsrailin Energetika və İnfrastruktur Nazirliyinə istinadən verdiyi xəbərə görə, sənəd enerji infrastrukturunun dayanıqlığı üzrə almaniyalı ekspertlərdən ibarət nümayəndə heyətinin İsrailə rəsmi səfəri çərçivəsində imzalanıb.

Səfər zamanı iki ölkənin nümayəndələri enerji sektorunun və kritik infrastrukturun mühafizəsini müzakirə ediblər.

Proqram kritik infrastrukturun dayanıqlığının möhkəmləndirilməsini, yeni texnologiyaların inkişafını və kibertəhlükəsizliyin gücləndirilməsini əhatə edir.

2027-ci il üzrə proqram iki ixtisaslaşmış qrupun fəaliyyətini nəzərdə tutur. Birinci qrup enerji siyasəti məsələləri, o cümlədən geotermal energetikanın və termonüvə sintezinin inkişafı, ekoloji təmiz təyyarə yanacağının istehsalı, təbii qazın saxlanması, enerji səmərəliliyinin artırılması və elektrik şəbəkələrinin idarə edilməsində süni intellektin tətbiqi ilə məşğul olacaq.

İkinci qrup isə kritik enerji infrastrukturunun rəqəmsallaşdırılması və mühafizəsinə diqqət yetirəcək. Onun gündəliyində sənaye idarəetmə sistemlərinin kibertəhlükəsizliyi, bulud xidmətlərinin mühafizəsi, ehtiyat hissələri və yanacaq ehtiyatlarının idarə edilməsi, eləcə də hücumlardan sonra infrastrukturun bərpası yer alacaq.

İsrailin Energetika və İnfrastruktur Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirliyi arasında əməkdaşlıq ardıcıl beşinci ildir ki, davam edir.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva Lənkəranda ekoloji aksiyalarda iştirak ediblər
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər