Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb
Far.Az xəbər saytı

Azərbaycan səfiri Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb


Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev Hannoverdə yaşayan azərbaycanlılarla görüşüb.

"Far.Az" xəbər verir ki, N. Ağayev bu barədə "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səmimi və doğma atmosferdə keçən görüş 2016-cı ildən Sevda Yunusovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərən "Bakı" Alman-Azərbaycan Dostluq Cəmiyyəti tərəfindən təşkil olunub", - səfir yazıb.

O qeyd edib ki, cəmiyyətin Azərbaycan mədəniyyətinin və milli dəyərlərin təbliği, xalqlar arasında dostluğun möhkəmləndirilməsi istiqamətində fəaliyyəti təqdirəlayiqdir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Almaniya-Azərbaycan: Humanitar bağlar və tarixi ənənələr - Lonqrid
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər