EBRD Azərbaycandakı layihə portfelini cüzi artırıb
Far.Az xəbər saytı

EBRD Azərbaycandakı layihə portfelini cüzi artırıb


Bu il sentyabrın 30-na Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı cari kredit portfeli 879 milyon avro təşkil edib.

"Report"un EBRD-yə istinadən məlumatına görə, portfelin 40 %-i özəl sektorun payına düşür.

31 avqust 2026-cı il göstəricisi ilə müqayisədə portfel 0,23 % və ya 2 milyon avro artıb.

Bununla yanaşı, hazırda 35 layihə aktivdir.

Məlumata görə, cari portfelin əsas hissəsi - 89 %-i (787 milyon avro) dayanıqlı infrastrukturun inkişafının maliyyələşdirilməsini əhatə edir, 7 %-i (64 milyon avro) maliyyə institutlarının kreditləşdirilməsinin, 3 %-i (30 milyon avro) isə korporativ sektorun payına düşür.

Ümumilikdə EBRD indiyədək Azərbaycanda 202 layihənin həyata keçirilməsinə 3,771 milyard avro investisiya yatırıb.

Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi 30 sentyabra 718 milyon avro təşkil edib ki, bu da 31 avqust göstəricisi ilə müqayisədə 0,14 % (1 milyon avro) azdır.

Xatırladaq ki, 2025-ci ildə bank Azərbaycanda 81 milyon avro məbləğində 10 layihəni maliyyələşdirib.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
AZAL Bakıda "Boeing 787 Dreamliner" uçuş simulyatorunu nümayiş etdirir
Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər