Skott Bessent: Avropa Rusiyaya Ukraynaya ayırdığından çox pul ödəyib
Avropa energetika sövdələşmələrində Rusiyaya Ukraynaya ötürdüyündən daha çox pul ödəyib və Rusiya yanacağının istehlakını davam etdirir.
"Report"un məlumatına görə, ABŞ-nin maliyyə naziri Skott Bessent bunu "NBC News"un "Mətbuatla görüş" proqramında bildirib.
O, Ukraynanı dəstəkləyərkən eyni zamanda Rusiya neft və qazını almağa davam etdiklərinə görə Avropa ölkələrini sərt tənqid edib.
S.Bessentin sözlərinə görə, ABŞ bu ilin ilk altı ayında 4 milyard dollar dəyərində, o cümlədən 1,8 milyard dollarlıq gübrə Rusiya məhsulları idxal edib, Avropa ölkələri isə bu məbləğdən 10 dəfə çox idxal edib.
"Avropalılar Rusiyaya ukraynalılardan daha çox pul veriblər və onlar Rusiyanın enerji resurslarını istehlak etməyə davam edirlər", - maliyyə naziri bildirib. O, Vaşinqtonun Rusiya əleyhinə sanksiyaları ləğv etmədiyini; məhdudiyyətlərin yalnız dizel yanacağı təchizatı üçün yumşaldıldığını deyib.
O, həmçinin bildirib ki, yazda ABŞ administrasiyası avropalı müttəfiqlərindən Rusiya enerji resurslarını alan ölkələrə qarşı koordinasiyalı tədbirlər görmələrini istəyib.
"Bu yaz mən Avropadakı müttəfiqlərimizdən Çin və Hindistana ikinci dərəcəli tariflər tətbiq etməkdə bizə qoşulmalarını istədim. Onlar imtina etdilər. Bəs niyə ABŞ bu yükü daşımalıdır?", - Bessent deyib.
O, əlavə edib ki, Vaşinqton Avropa tərəfdaşları ilə əlaqələrini yeniləyə bilər. Nazir ABŞ Prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinə son qoymaq istədiyini bir daha təsdiqləyib.
Oxşar xəbərlər
Azərbaycandan Ermənistana 4 500 tona yaxın dizel yanacağı Güzdəkdən yola salınır
Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Turistləri heyran qoyan DİYAR: Alov, neft və palçığın qovuşduğu məkandan FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BƏƏ-yə məxsus yedək gəmisinə mərmi atılıb, yaralı var
-
Ağ Ev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən imtinanın səbəbini açıqlayıb
-
Premyer Liqa: "Turan Tovuz" "İmişli"nin, "Zirə" "Kəpəz"in qonağı olacaq
-
Tramp Rusiyaya qarşı sanksiyalarla bağlı bütün dünyaya fayda verəcək qərar vəd edib
-
Xırdalanda yaşayış kompleksinin ərazisindəki yanğın söndürülüb - yenilənib-2
-
Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib













