"Baku TV" turistlərin Şuşanın tarix və təbiətinə ziyan vermələri ilə bağlı süjet hazırlayıb
Qayalara deyil, yaddaşlara ad yazmaq istəyənlər Şuşada qanlarını axıdıblar. İndi həmin qayaların mövcud olduğu Cıdır düzü bu mənada Şuşanın adi gəzinti məkanından çox, müqəddəs qibləgahıdır. Bu ərazilərə şəhidlərin qanı həkk olunub. Qarabağın azadlığı uğrunda döyüşlər zamanı Azərbaycan hərbçiləri məhz bu qayalıqlardan şəhərə daxil olublar.
"Far.Az" xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetdə qeyd olunub.
Süjetdə Vətən Müharibəsi qazisi, istefada olan mayor Polad Rzayevin fikirlərinə də yer verilib:
"Sadə dildə desək, bu məni kədərləndirir. Bu məsələyə açıq və qəti şəkildə münasibət bildirmək istəyirəm. Qarabağ, Şuşa sadəcə bizim gəzməli və şəkil çəkdirməli olduğumuz yerlər deyil. Bu yerlər bizim milli qürurumuz, tarixi yaddaşımızdır. Həmin müharibənin iştirakçısı və qazisi olaraq deyə bilərəm ki, kimsə Şuşada öz adını, irsini qoymaq üçün orada adlar yazdıra bilməz və onun buna mənəvi hüququ yoxdur, haqqı yoxdur.
Əgər kimsə öz adını, irsini, izini qoymaq istəyirsə, bunu öz mədəniyyəti ilə, öz davranışı ilə və Vətənə olan xidməti ilə göstərməlidir. Qarabağa və yaxud da ki, Şuşaya biz turist kimi gedə bilərik, amma unutmamalıyıq ki, ora bizə şəhidlərimizin əmanətidir və əmanətə sahib çıxmaq, əmanəti qorumaq bizim borcumuzdur", - deyə o bildirib.
Daha ətraflı videoda:
Qeyd edək ki, Polad Rzayev 3 yaşında olarkən atası Tofiq Rzayevi I Qarabağ müharibəsində itirib. O, 13 yaşından hərbi təhsil almağa başlayıb, 9 il xüsusi təyinatlı qüvvələrdə zabit kimi çalışıb. Vətən Müharibəsində Murov yüksəliklərindən başlayaraq, Qubadlıya qədər döyüş yolu keçib. Kəlbəcər, Cəbrayıl, Xocavənd, Qubadlının azad olunmasında iştirak edib. Cəbrayıla Azərbaycan bayrağını da məhz Polad Rzayev sancıb. O, oktyabrın 19-da Qubadlıda gedən döyüşlərdə yaralanıb, hər iki ayağını itirib. Polad Rzayev "Şücaətə görə" medalı və "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır
-
Boliviyada hərbi obyektdə partlayış nəticəsində iki nəfər ölüb, onlarla insan yaralanıb













