"ABC News": Hörmüzdə gəmilərə hücumların sayı maksimuma çatıb
Cari ilin oktyabr-noyabr aylarında Hörmüz boğazında və ətraf ərazilərdə gəmilərə hücumların sayı ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlamasından bəri ən yüksək səviyyəyə çatıb.
"Far.Az" xəbər verir ki, bu barədə ekspertlərə istinadən "ABC News" yazıb.
Britaniyanın Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları İdarəsinin (UKMTO) məlumatına görə, oktyabrda Hörmüz boğazı bölgəsində 31, noyabrın 18-dək isə daha 19-a yaxın hücum qeydə alınıb. Beləliklə, təkcə noyabr ayında insidentlərin sayı 20-yə yaxınlaşıb. Müqayisə üçün: martdan sentyabra qədər UKMTO ümumilikdə 53 hadisə qeydə alıb. İdarənin məlumatına əsasən, hücuma məruz qalan tankerlərin əksəriyyəti Hörmüz boğazının cənub hissəsində, Oman sahillərinə daha yaxın ərazidə olub.
BMT-nin Beynəlxalq Dəniz Təşkilatı (IMO) daha aşağı göstəricilər təqdim edib: oktyabr və noyabr aylarında boğaz ərazisində 34 hücum halı. Bununla yanaşı, müharibə başlayandan bəri təşkilat bütün Yaxın Şərq üzrə gəmilərə 138 hücum barədə məlumat yayıb.
Ekspertlərin fikrincə, hücumlar İranın elan etdiyi blokadaya baxmayaraq, strateji əhəmiyyətli dəniz marşrutu vasitəsilə neftin fasiləsiz tədarükünü bərpa etmək üçün ABŞ-nin səylərinin pozulmasına yönələ bilər. Onlar hesab edirlər ki, Tehran Vaşinqtona təzyiqi gücləndirmək üçün alternativ neft nəqli marşrutlarını daha təhlükəli və bahalı etməyə çalışır.
Beynəlxalq Böhran Qrupunda hesab edirlər ki, Tehran tankerlərin istifadəsinə mane olmaq və ABŞ-nin regionda gəmiçiliyin təhlükəsizliyinə zəmanət vermək iqtidarında olmadığını nümayiş etdirmək istəyir.
"Nəticə etibarilə, bu eskalasiya regional gəmiçilikdə, enerji infrastrukturunun işində daha genişmiqyaslı fasilələrə gətirib çıxaracaq və bunun nəticələri dünya iqtisadiyyatına təsir edəcək", - ekspertlər xəbərdarlıq edirlər.
Oxşar xəbərlər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əraqçi: İran zənginləşdirilmiş uranı ölkədən çıxarmaq niyyətində deyil
-
ABŞ İranın 4 vətəndaşını sanksiya siyahısına salıb
-
Tramp Nvidia-nın keçmiş rəhbəri Censen Huanqa ikinci şans verməyə çağırıb
-
Türkiyənin 5 şəhərində keçirilən dələduzluq əməliyyatında 12 şübhəli saxlanılıb
-
Ukraynanın Krivoy Roq şəhərinə raket hücumu nəticəsində 2 nəfər ölüb, 42 nəfər yaralanıb
-
Peruda güclü zəlzələ olub













