SEPAH ABŞ-yə bağlı altı gəmini vurub - YENİLƏNİB
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən üç ABŞ gəmisinə və üç neft tankerinə hücumlar həyata keçirildiyini açıqlayıb.
"Report" xəbər verir ki, bu barədə SEPAH bəyanat yayıb.
"SEPAH-ın Hərbi Dəniz Qüvvələri Hörmüz boğazında icazəsiz marşrutlarla hərəkət edən üç neft tankerinə və Amerikaya məxsus üç gəmiyə zərbələr endirib", – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, hücumlar ABŞ-ın İran tankerlərinə endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) üç İran neft tankerinə zərbələr endirildiyini açıqlayıb. "Mərkəzi Komandanlığın qüvvələri sentyabrın 5-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun regionun sularında patrul xidməti aparan ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisinə doğru ballistik raketlər buraxmasından sonra üç İran neft tankerinə zərbələr endirib", – deyə məlumatda bildirilib.
ABŞ ordusu Hörmüz boğazında İranın üç neft tankerini hücuma məruz qoyub zərər vurduğu üçün Tehran Amerikaya qarşı cavab tədbirləri görəcək.
"Report" ISNA-ya istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin (HDQ) bəyanatında qeyd olunub.
"SEPAH-ın HDQ-si Hörmüz boğazının icazəsiz marşrutunda olan üç neft tankerini və başqa bölgələrdə Amerikaya bağlı üç gəmini hədəfə alıb", - bəyanatda vurğulanıb.
Bundan başqa, SEPAH Fars körfəzi və Hörmüz boğazı yaxınlığında olan bütün gəmilərə xəbərdarlıq edib: "Amerika ordusunun vədlərinə uymayın və icazəsiz su yollarından keçmək məqsədilə hər hansı şübhəli hərəkətdən çəkinin, əks halda hədəfə alınacaqsınız".
Xatırladaq ki, oxşar bəyanatla İranın "Xatəm-əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahı da çıxış edib.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Bakıda Azərbaycan səhiyyəsi üçün önəmli tədbir keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvarda avtomobil piyadanı vuraraq öldürüb
-
Çempionlar Liqası: "Sabah" rəqiblərini Bakı Olimpiya Stadionunda qəbul edəcək
-
PSJ Luis Enrike ilə müqaviləni uzadıb
-
Media: Ukrayna Rusiyadan hava atəşkəsi ilə bağlı cavab gözləyir
-
Premyer Liqa: Bu gün "Sabah" "Zirə" ilə qarşılaşır
-
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına aviabombaların satışını təsdiqləyib













