SEPAH: Hörmüzdə iki milyon bareldən çox neft daşıyan tanker minaya düşüb - Yenilənib
Hörmüz boğazında iki milyon bareldən çox xam neft daşıyan tanker minaya düşüb.
"Far.Az" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri (HDQ) bəyanat yayıb.
"Qaydanı pozan bir supertanker Hörmüz boğazının cənubunda dəniz minasına çırpılıb, partlayış və yanğın baş verib", - HDQ-nin bəyanatında bildirilib.
Qeyd olunub ki, iki milyon bareldən çox xam neftə malik tanker bütün radar sistemlərini söndürüb və SEPAH-ın xəbərdarlıqlarına məhəl qoymayıb:
"Fars körfəzi ilə Oman dənizindəki gəmilərin sahibləri və heyəti icazə verilməyən marşrutlardan keçdiklərinə görə məsuliyyət daşıyırlar. Bu boğazın təhlükəsizliyini pozan istənilən fəaliyyətə qətiyyətlə cavab veriləcək".
Hörmüz boğazının cənub dəhlizində İranın elan etdiyi qaydaları pozan neft tankeri yanıb.
"Far.Az" IRIB-yə istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri məlumat yayıb.
"Bu gün günortadan əvvəl Hörmüz boğazının şərq hissəsinə davamlı olaraq nəzarət edən və izləyən Hərbi Dəniz Qüvvələrinin monitorinq qrupları qadağan olunmuş zonada yanğına məruz qalan qayda pozan bir neft tankerini aşkar ediblər", - məlumatda bildirilib.
Qeyd olunub ki, qaydaları pozan bu neft tankeri əvvəlki xəbərdarlıqlara baxmayaraq, izləmə sistemlərini söndürüb və Hörmüz boğazının cənub dəhlizindəki qadağan olunmuş zonadan keçməyə cəhd edib:
Koordinasiya edilməmiş hərəkətlərin nəticələrinə görə məsuliyyət qaydaları pozanların üzərinə düşür və bu, güvənsizliyin genişlənməsinə səbəb olur".
Xatırladaq ki, İran tərəfi neft tankerlərinin Hörmüz boğazında minaya düşdüyünü, Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları İdarəsi (UKMTO) isə gəmilərin naməlum mərmi ilə vurulduğunu iddia edir.
Oxşar xəbərlər
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
Diplomatik korpusun nümayəndələri Şuşada "Heydər Əliyev və Qarabağ" sərgisini ziyarət ediblər
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Zəngilan Şəhəri Günü münasibətilə konsert proqramı keçirilib
-
Serbiya və Azərbaycan idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib
-
Yelo App-də avto-ödəniş funksiyası istifadəyə verildi
-
Culfada baş verən avtomobil qəzasında bir azyaşlı ölüb, səkkiz nəfər xəsarət alıb
-
Tramp Fransadakı kütləvi iğtişaşların səbəbini immiqrasiya siyasəti ilə əlaqələndirib
-
Pentaqon rəhbəri İsrailə gizli səfər edib













