Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır
Far.Az xəbər saytı

Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır


Qarabağ bizim üçün sadəcə bir coğrafiya deyil, bu torpaq şəhidlərin qanı, qazilərin canı və əsgərlərin qəhrəmanlığı ilə bizə əmanət olunan müqəddəs Vətəndir.

"Report" xəbər verir ki, bunu "Qarabağ" ordenli kapitan Şamxal Ağayev işğaldan azad olunan ərazilərə səfər edən vətəndaşlara müraciətində deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə qayaların, daşların və digər təbii obyektlərin üzərinə müxtəlif ad və yazıların həkk edilməsi yolverilməzdir.

"Qarabağa səfər edən hər kəsə müraciət edirəm: bu müqəddəs torpağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinək. Biz həmin qayalara öz adımızı yazmaq üçün deyil, Azərbaycan bayrağını ucaltmaq üçün getmişik", - Ş. Ağayev vurğulayıb.

Onun sözlərinə görə, Qarabağdan xatirə aparmaq istəyənlər bunu qayaların üzərinə yazı həkk etməklə deyil, həmin torpağa olan sevgini ürəklərində yaşatmaqla etməlidirlər.

"Qarabağ qəhrəmanlarımızın izidir. Gəlin bu izləri, təbiətimizi və şəhidlərimizin əziz xatirəsini qoruyaq. Qarabağa yazı yazmaq yox, tarix yazmaq üçün gedilir!" - Ş. Ağayev əlavə edib.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
"Qarabağ KOB-ları" layihəsi - şəhid ailələrinin, qazilərin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər