Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub
Far.Az xəbər saytı

Zəngilanda fotosərgi və təsviri sənət üzrə ustad dərsləri təşkil olunub


Mədəniyyət Nazirliyi və Azərbaycan Fotoqraflar Birliyinin təşkilatçılığı ilə Zəngilan Şəhəri Günü çərçivəsində "Zəngilan: zamanın qanadında" adlı fotosərgi keçirilib.

Bu barədə "Far.Az"a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Zəngilan Konqres Mərkəzinin dəhlizində təşkil edilən sərgidə Elman Hüseynov, Rəsul Rəhimov, Azər İbrahimov, Siyavuş Hüseynli, Nigar Əhmədova, Hüseyn İskəndərov, Elgiz Nəbili, Zaka Soltan, Roman İsmayılov, Amira Süleyman və Mirnaib Həsənoğlunun fotoları yer alıb.

Ekspozisiyada təqdim edilən fotolarda Zəngilanın tarixi yaddaşı, təbiəti, yenidən qurulması və müasir siması əks olunub.

Konqres Mərkəzinin dəhlizində eyni zamanda təsviri sənətlə bağlı ustad dərsləri də təşkil edilib.

Peşəkar rəssamlar Pərviz Ələkbərli və Fidan Abidovanın verdiyi tövsiyələrlə uşaqlar Çinarlar yurdu Zəngilanın əsrarəngiz təbiət mənzərələrini, tarixi abidələrini və milli rəmzlərimizi kətana köçürüblər.

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev, mədəniyyət nazirinin müavini Murad Hüseynov və rayon ictimaiyyətinin nümayəndələri fotosərgi və uşaqların rəsmləri ilə tanış olublar.

Foto və rəsmlər barədə qonaqlara məlumat verilib.

Oxşar xəbərlər

Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər