İşğaldan azad edilmiş ərazilərdə tarixi abidələrə yazı yazılması yolverilməzdir – RƏY
İşğaldan azad edilmiş ərazilərdə daşların, qayaların, binaların və tarixi abidələrin üzərinə müxtəlif yazıların həkk edilməsi yolverilməzdir.
Bunu "Report"a açıqlamasında Birinci Qarabağ müharibəsinin iştirakçısı, jurnalist Rey Kərimoğlu deyib.
"Bu torpaqların hər qarışında şəhidlərimizin və qazilərimizin qanı var. Həmin ərazilərə gedərək daşların, qayaların və tarixi abidələrin üzərinə müxtəlif yazılar yazmaq doğru deyil. Dövlətimiz şəhidlərin xatirəsini əbədiləşdirmək üçün xüsusi lövhələr və abidələr ucaldır. Kiminsə özünün, qohumunun və ya tanışının adını tarixi və digər obyektlərin üzərinə həkk etməsi qəbuledilməzdir. Bəzi hallarda isə hətta şəhidlərin adları əvəzinə, şəxsi adların yazıldığını görürük", - R. Kərimoğlu vurğulayıb.
O qeyd edib ki, şəhidlərin xatirəsinə hörmət müxtəlif formalarda ifadə oluna bilər, lakin tarixi və mədəni irsə bu cür müdaxilə yolverilməzdir.
"Bu kimi halların qarşısı alınmalıdır. Dövlət qurumlarının məsələni nəzarətə götürməsi və müvafiq tədbirlər görməsi vacibdir. Eyni zamanda, Azərbaycanın bölgələrinə turist səfərləri təşkil edən şirkətlərin rəhbərləri də bu istiqamətdə maarifləndirmə işləri aparmalıdır. Cəmiyyətə dəfələrlə çağırış edilməlidir ki, bu cür davranışlar yolverilməzdir", - R. Kərimoğlu əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Şuşada "Yasəmən" hotelinin yeni korpusları ilə tanış olub
Şuşada "Xarıbülbül" IX Beynəlxalq Musiqi Festivalı keçirilir
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Abdulla Quliyevlə vida mərasimi keçirilib
Heydər Əliyev Fondu Vatikanda tarixi abidələrin bərpası üzrə yeni layihələrin icrasına başlayır
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Neftçi SOCAR" FIBA Qadınlar Seriyasının mövsüm finalında növbəti mərhələyə yüksəlib
-
"Bloomberg": Amerikalıların əksəriyyəti süni intellekt data mərkəzlərinin tikintisinin əleyhinədir
-
İranda neft tanker partlayıb, on nəfər ölüb
-
Dominikanın nümayəndəsi "Miss Dünya – 2026" seçilib
-
İran XİN ABŞ-nin tankerlərə hücumunu qınayıb
-
Dünya növbəti pandemiyanın astanasındadır? - "Yeni öldürücü ştamın ortaya çıxacağı mütləqdir"













