Bakıda ödənişli yollar olacaq? - London və Sinqapur modeli tətbiq edilə bilər
Son dövrlər Bakıda nəqliyyat sıxlığının azaldılması və yol infrastrukturunun təkmilləşdirilməsi istiqamətində müxtəlif təkliflər gündəmə gəlir.
BAKU.WS xəbər verir ki, bu müzakirələr fonunda paytaxtın hansı ərazilərində ödənişli yolların yaradılacağı və belə bir sistemin tətbiqinin nəqliyyatın hərəkətinə necə təsir göstərəcəyi maraq doğurur.
Eyni zamanda, ödənişli yolların sürücülər üçün əlavə maliyyə yükü yaradıb-yaratmayacağı, tıxacların azalmasına nə dərəcədə kömək edəcəyi və bu modelin mümkün müsbət və mənfi tərəflərinin nədən ibarət olacağı da maraqla qarşılanır.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə açıqlamasında bildirib ki, Türkiyədə ödənişli avtomobil yolları geniş yayılıb və Azərbaycanda da artıq bu təcrübənin nümunələri mövcuddur:
"Şimal istiqamətindəki avtomobil yolu, eləcə də Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolu bu baxımdan qeyd oluna bilər. Türkiyədə isə Şimali Mərmərə avtomobil magistralı və İzmir-İstanbul magistralı ödənişli yolların nümunələridir.
Bu yolların əsas xüsusiyyəti ondan ibarətdir ki, ödənişli yol tətbiq edilərkən eyni istiqamətdə daha aşağı sürətlə hərəkət etməyə imkan verən alternativ, ödənişsiz yol da olmalıdır. Beləliklə, sürücülərin seçim imkanı yaranır. Vaxta qənaət etmək istəyənlər ödənişli yoldan istifadə edir, tələsməyənlər isə pulsuz alternativə üstünlük verirlər. Bu, xüsusilə yükdaşıma sektorunda fəaliyyət göstərənlər üçün əhəmiyyətlidir. Azərbaycanın ərazisindən beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyini nəzərə alsaq, həmin dəhlizlər üzrə ödənişli alternativlərin yaradılması daha sürətli daşımaların həyata keçirilməsinə imkan verə bilər".
Ekspert əlavə edib ki, şəhərdaxili nəqliyyatda yanaşma bir qədər fərqlidir:
"Dünyanın müxtəlif şəhərlərində, o cümlədən Londonda və Sinqapurda ödənişli zonalar tətbiq olunur. Burada əsas məqsəd şəhər mərkəzinə daxil olan avtomobillərin sayını azaltmaq və nəqliyyat sıxlığını tənzimləməkdir.
Lakin belə bir sistemin səmərəli işləməsi üçün alternativ nəqliyyat imkanları da inkişaf etdirilməlidir. Xüsusilə şəhərin giriş nöqtələrində "Park and Ride" (avtomobili park et və ictimai nəqliyyata keç) sisteminin yaradılması vacibdir. Bu modeldə sürücülər avtomobilləri şəhərin girişindəki xüsusi dayanacaqlarda saxlayaraq yollarına ictimai nəqliyyatla davam edə bilirlər.
Bununla yanaşı, ictimai nəqliyyatın daha çox sərnişin qəbul etməsi üçün marşrut şəbəkəsi genişləndirilməli, avtobus zolaqları artırılmalı, mikromobillik infrastrukturu inkişaf etdirilməli və yeni nəqliyyat marşrutları formalaşdırılmalıdır. Yəni ödənişli zonaların tətbiqi təkcə avtomobillərin şəhərə girişinin məhdudlaşdırılması ilə yekunlaşmamalı, alternativ nəqliyyat sisteminin qurulması ilə paralel həyata keçirilməlidir".
Orxan Hüseyn
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bakcell" gənclər üçün növbəti süni intellekt hakatonunu keçirib
-
UEFA Millətlər Liqasında qrup mərhələsinin son oyunları keçirilib
-
"Sədərək" bazarında səssizlik: Alıcıları hara üz tutublar?
-
ABŞ-də Gmail və Outlook poçt xidmətlərinin fəaliyyətində fasilələr yaranıb
-
ABŞ Azərbaycana minatəmizləmə işlərində yardım göstərə bilər
-
Çexiya və ABŞ arasında qaz tədarükü ilə bağlı razılaşmanın yekun variantı razılaşdırılıb













