KXDR suya buraxılarkən çevrilən "Kan Qon" esminesini istismara verib
Şimali Koreya yeni "Çve Xen" sinifli esmines "Kan Qon"u istismara verib.
"Far.Az"un məlumatına görə, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi xəbər yayıb.
Mərasim Vonsan limanında baş tutub. Tədbirdə Şimali Koreya lideri Kim Çen In iştirak edib. Gəminin rəsmi istismara verilməsindən sonra o, esminesə minib, döyüş bölmələrini yoxlayıb və heyətlə görüşüb.
Gəmi Şimali Koreyanın Hərbi Dəniz Qüvvələrinin Şərq Donanmasına təhvil verilib.
Kim Çen In bildirib ki, gəmi nüvə cavab sisteminin bir hissəsi olacaq və əmr verilərsə, düşmənlərə dağıdıcı zərbə endirəcək.
"Kan Qon" artıq ikinci "Çve Xen" sinifli esminesdir. Koreyanın Mərkəzi Teleqraf Agentliyinin məlumatına görə, o, inteqrasiya olunmuş döyüş qabiliyyətinə malikdir və istənilən sularda əməliyyat missiyaları yerinə yetirə bilər.
Gəmi ötən il qəzaya uğrayıb: təntənəli suya buraxılış zamanı qismən çevrilib. Şimali Koreya lideri qəzanın səbəbini "cinayət səhlənkarlıq" adlandırıb, hakimiyyət orqanları üç nəfəri saxlayıb.
Oxşar xəbərlər
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndində görülən işlərlə tanış olub, sakinlərlə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Tramp: "Audi" ABŞ-də avtomobil zavodunun inşasına 4,2 milyard dollar investisiya yatıracaq
-
"Bloomberg": İran ABŞ-nin yeni hücumlarına hazırlaşır
-
Prezidentin sosial media hesablarında Bakıda keçirilən FIFA U-15 ilə bağlı videoçarx paylaşılıb
-
"Neftçi" ev oyunuda "Turan Tovuz"a qalib gələ bilməyib
-
Bakıda Zeytun Festivalının rəsmi açılışı olub













