Peskov: Uitkoffla Kuşnerin Moskva və Kiyevdəki danışıqları sülhə doğru addımdır
Far.Az xəbər saytı

Peskov: Uitkoffla Kuşnerin Moskva və Kiyevdəki danışıqları sülhə doğru addımdır


ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff və iş adamı Cared Kuşnerin Moskva və Kiyevdəki danışıqları sülhə doğru addımdır.

"Report" Rusiya mediasına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Şübhəsiz ki, az-çox effektiv olan istənilən cəhdlər sülhə doğru kiçik bir addımdır. Biz ABŞ nümayəndələrinin sülhməramlı səylərini həqiqətən də çox yüksək qiymətləndiririk", - Peskov deyib.

Onun sözlərinə görə, Krem ABŞ nümayəndələrinin səfərinin yekunları üzrə Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında telefon danışığının baş tutması ehtimalını istisna etmir.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Azərbaycan və BƏƏ prezidentləri Cıdır düzündə Qarabağ atlarının şousunu izləyiblər
Azərbaycan və Latviya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Düşənbədə İlham Əliyevin Vladimir Putinlə təkbətək görüşü olub
Azərbaycan və BƏƏ prezidentləri Şuşada güllələnmiş heykəllərə baxıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər