İran ABŞ gəmilərinin Fars körfəzinə girməsinə icazə verməyəcəyini bildirib
İran qüvvələri ABŞ-nin Hərbi Dəniz Qüvvələrinin gəmilərinin Fars körfəzinə girməsinə və orada əməliyyatlar aparmasına icazə verməyəcək.
"Far.Az"un IRIB-ə istinadən məlumatına görə, bunu İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general-mayor Əli Əbdüllahi deyib.
Onun sözlərinə görə, Amerika donanmasının orada istənilən əməliyyat cəhdinin qarşısı alınacaq və ABŞ Prezidenti yalnız belə bir ssenari haqqında xəyal edə bilər.
General həmçinin vurğulayıb ki, ABŞ-nin İrana qarşı hər hansı yeni hücumu qətiyyətli və güclü hərbi cavabla qarşılanacaq. O qeyd edib ki, ABŞ və İsraillə son hərbi toqquşmaların təcrübəsi İran ordusuna potensial gələcək hücumları dəf etmək üçün xeyli daha yaxşı hazırlıqlı olmağa imkan verib.
Əbdüllahi əlavə edib ki, Tehranın müqavimət göstərmək əzmi sarsılmaz olaraq qalır. O, həmçinin texnoloji tərəqqini vurğulayaraq qeyd edib ki, İran mütəxəssisləri tərəfindən hazırlanmış və modernləşdirilmiş yeni hərbi texnika öz xüsusiyyətlərinə görə əvvəlki bütün modellərdən üstündür.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
"Sarsılmaz Tərəfdaşlıq-2025" birgə xüsusi təyinatlı qüvvələr təlimi sona çatıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - ANBAAN VİDEO
-
Premyer Liqa: "Kəpəz" bu gün "Şəfa" ilə, "Neftçi" "Turan Tovuz"la üz-üzə gələcək













