Ana 22 ildir yetişdirdiyi oğlunu Avropa çempionatına hazırlayır
Türkiyənin Ankara şəhərində kikboksinq məşqçisi Nazmiye Kaya 5 yaşından etibarən məşq etdirdiyi oğlu Onur Kayanı 22 ildir idmana hazırlayır.
Far.Az xəbər verir ki, 27 yaşlı Onur Kaya müxtəlif döyüş idmanlarında Türkiyə və dünya səviyyəsində uğurlar qazanıb. O, 2025-ci ildə Savate üzrə Türkiyə çempionu, dünya üçüncüsü olub, 2026-cı ildə isə kikboksinq üzrə Türkiyə çempionatında nəticə əldə edib.
59 yaşlı Nazmiye Kaya 1986-cı ildə atletika ilə idmana başlayıb. Daha sonra karate, kikboksinq, muay tay və uşu üzrə məşqçi və hakim kimi fəaliyyət göstərib. O, hazırda öz idman zalında həm oğlunu, həm də digər idmançıları hazırlayır.
Onur Kaya 150-dən çox yarışda iştirak etdiyini və bir o qədər də medal qazandığını bildirib. O, əldə etdiyi uğurlarda ailəsinin və anasının böyük rolunun olduğunu vurğulayıb.
Onur Kaya sentyabrın 24-də Bolqarıstanın Plovdiv şəhərində keçiriləcək Avropa çempionatında Savate üzrə qızıl medal qazanmağı hədəfləyir.
Oxşar xəbərlər
Şəhid olmuş bir qrup hərbi qulluqçu və mülki işçi ölümündən sonra təltif olunub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq













