"SOCAR Green": Karbon bazarlarındakı qeyri-müəyyənlik kreditorlar üçün ciddi problem yaradır
Far.Az xəbər saytı

"SOCAR Green": Karbon bazarlarındakı qeyri-müəyyənlik kreditorlar üçün ciddi problem yaradır


Karbon kreditləri üzrə 30-40 illik gəlir proqnozları kreditorlar üçün ciddi qeyri-müəyyənlik yaradır.

"Far.Az" xəbər verir ki, bunu "SOCAR Green" şirkətinin İnvestisiyalar və layihələrin inkişafı üzrə direktoru Rza Nağıyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"-da (BCAW 2026) şıxışı zamanı deyib.

Onun sözlərinə görə, ilk növbədə bizə bankabillik, yəni layihənin bank tərəfindən maliyyələşdirilə bilməsi lazımdır: "Layihələri işləyib hazırlayarkən uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrini nəzərə alırıq. Əsas məsələ bankabilliyi təmin etmək üçün uzunmüddətli dövrdə pul axınlarının proqnozlaşdırıla bilən olduğunu göstərməkdir".

R. Nağıyev əlavə edib ki, bu, elektrik enerjisinin satışında daha asandır: "Çünki adətən qiymətin sabit olduğu uzunmüddətli elektrik enerjisi alqı-satqısı müqavilələrimiz olur. Bu səbəbdən həm kreditorlar, həm də investorlar üçün risk nisbətən aşağıdır. Lakin karbon kreditlərinə gəlincə, vəziyyət eyni deyil. Karbon bazarları hələ o qədər də formalaşmayıb. Karbon kreditləri və müəyyən alətlər keyfiyyət baxımından fərqlənir və buna görə də bazis aktiv üzrə qeyri-müəyyənlik daha yüksəkdir".

Onun fikrincə, buna görə də kreditorlar, məsələn, karbon kreditlərinin uzunmüddətli satınalma müqavilələrinə arxalana bilmirlər: "Onlar karbon kreditlərindən əldə ediləcək müəyyən standart gəlirliliyə və ya gəlirə baxa bilərlər. Müəyyən füçers ("forward") bazarları olsa da, onlar da kifayət qədər etibarlı deyil və yüksək dəyişkənliklə xarakterizə olunur. Məsələyə bu rakursdan baxaq: Kreditorlar uzunmüddətli maliyyələşdirmə təmin edir və karbon kreditlərinin monetizasiya olunmasını gözləyirlər. Lakin zaman keçdikcə onlar başa düşürlər ki, bazar dəyişə bilər. Biz hələ də karbon krediti bazarının inkişafının ilkin mərhələsindəyik və bu gün qəbul etdiyimiz ehtimalların doğru çıxıb-çıxmayacağını bilmirik. Xüsusilə, 30-40 illik proqnozları nəzərə alsaq, bu, daha böyük qeyri-müəyyənlik yaradır".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər