AMB rəsmisi: "Azərbaycan daxili karbon bazarının yaradılmasına başlamalıdır"
Azərbaycan daxili karbon bazarının yaradılmasına başlamalıdır.
"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin iqtisadçısı Əli Əhmədzadə "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"da bildirib.
Onun sözlərinə görə, COP29 çərçivəsində, 9 illik durğunluqdan sonra Paris Sazişinin 6-cı maddəsi üzrə razılaşma yekunlaşdırılıb: "Nəhayət, onun əməliyyat qaydaları kitabı – "rulebook"u var. Bu isə bizim üçün o deməkdir ki, Azərbaycanın vaxtı gələndə qoşulacağı beynəlxalq "santexnika", yəni struktur artıq həqiqətən mövcuddur. Bizdə hələ mövcud olmayan isə daxili bazardır. Daxili karbon bazarını inkişaf etdirmək üçün cavablandırılmalı vacib suallar və qurulmalı fundamental təbəqələr var. Lakin sıfırdan başlamağa ehtiyacımız yoxdur. Dünyada 20-dən çox yurisdiksiya var ki, artıq iki onillikdən çoxdur yaxşı fəaliyyət göstərən, yetkin karbon bazarları qurmağa çalışırlar. Biz sadəcə onların səhvlərindən dərs ala və onlar üçün ən yaxşı nəticə verən təcrübələri götürə bilərik. Beləliklə, digərləri ilə müqayisədə daha tez və daha az xərclə etibarlı karbon bazarı əldə etmiş olarıq".
AMB rəsmisi əlavə edib ki, karbon bazarının qurulması yolu bir çox yurisdiksiyalar üçün hamar olmayıb: "Onlar pulsuz kvotaların həddindən artıq bölüşdürülməsi səbəbindən qiymətlərin kəskin düşməsinin şahidi olublar və bəziləri yolun yarısında bazar dizaynlarını dəyişiblər. Lakin beynəlxalq, sərhədlərarası əməliyyatlar məhduddur. Demək istəyirəm ki, bunlar yalnız Nazirlər Kabinetinin icazəsi ilə mümkündür və hər bir sərhədlərarası əməliyyat Maliyyə və İqtisadiyyat nazirliklərinin təsdiqini tələb edir. İnkişaf etməkdə olan ölkə üçün bu, etibarlılıq yaradır. Bununla yanaşı, bu ildən başlayaraq onlar Paris Sazişinin 6.2-ci maddəsi üzrə Yaponiya ilə birgə əməkdaşlıq edirlər və burada nəhayət öz karbon vahidlərinin ticarətini apara biləcəklər".
"Bizə gəldikdə isə, düşünürəm ki, bu dərsləri daha dərindən təhlil etməli və Azərbaycan üçün zəruri infrastrukturu qurmaq məqsədilə artıq fəaliyyətə başlamalıyıq. Əlbəttə ki, hüquqi çərçivənin öyrənilməsindən, karbon bazarının ən vacib hissəsi – özəyi olan ÖMÖ (ölçmə, məruzəetmə və yoxlama / MRV) sisteminin qurulmasından və tədricən layihə əsaslı ofset bazarından milli bazara doğru irəliləməkdən başlamaq lazımdır", - deyə o fikrini tamamlayıb.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aİ ölkələri Çinlə rəqabət fonunda 300 min iş yerini itirə bilər
-
Tramp Ayın ABŞ-yə məxsus olduğunu iddia edib
-
Uitkoff və Kuşner Zelenski ilə danışıqlardan sonra Kiyevi tərk ediblər
-
Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək
-
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
-
Sabah Yasamalın bir sıra ərazilərində işıq olmayacaq













