Mehriban Xanlarova: "Deyirlər, TikTok-da oturub pul yığır"
Far.Az xəbər saytı

Mehriban Xanlarova: "Deyirlər, TikTok-da oturub pul yığır"


Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkədə canlı yayım açmasını tənqid edənlərə cavab verib.

BAKU.WS "axşam.az"a istinadən xəbər verir ki, aktrisa TikTok-da açdığı canlı yayım zamanı izləyiciləri ilə söhbət etdiyini bildirib. O, canlı yayımlara pul qazanmaq məqsədilə girdiyi ilə bağlı fikirlərin doğru olmadığını vurğulayıb:

"Elə düşünürlər ki, TikTok-da canlıya pul yığmaq üçün girirəm. Yox, mən izləyicilərimlə söhbət etmək üçün bura girirəm. Hədiyyə atanlara da təşəkkür edirəm".

M.Xanlarova hazırda işsiz olduğunu, heç bir yerdə çalışmadığını deyib:

"Pensiya yaşım da deyil, 59 yaşım var. Mən heç vaxt nəyisə gizlətməmişəm. Deyirlər, oturub dilənir. Niyə? Gözləyirəm, işləməyə. Mağazada belə işləməyə eyib kimi baxmıram. Ya iş tapmalıyam, ya da... Nə vaxta kimi dost-tanış mənə yardım edəcək?".

Oxşar xəbərlər

İlham Əliyev Vaşinqtonda Sülh Şurasının ilk iclasında iştirak edir - CANLI YAYIM
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Məşhur aktrisa bu səbəbdən həmkarlarını sosial şəbəkədə izləmir
Əməkdar artist Vahid Əliyev dəfn edilib
Tənqid edilənlər, qalmaqal yaradanlar, ilklərə imza atıb, yeniliklər edənlər... - 2025-ci ilin əsas şou hadisələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər