Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında yeni vəzifəyə təyin olunub
Türkiyəli mütəxəssis Bedri Meriç Azərbaycan Basketbol Federasiyasında (ABF) U-14 və aşağı yaş qrupları üzrə oğlanlardan ibarət milli komandaların koordinatoru və baş məşqçisi vəzifəsinə təyin olunub.
Bu barədə "Far.Az"a ABF-dən məlumat verilib.
Azərbaycandakı fəaliyyətindən əvvəl mütəxəssis Türkiyə Basketbol Liqasında (TBL) köməkçi məşqçi, Türkiyə Basketbol 2-ci Liqasında (TB2L) isə baş məşqçi kimi çalışıb. O, həmçinin "TED Ankara Koleji" və "Atakule Spor Akademiyası"nda aşağı yaş qrupları ilə işləyib, komandaları ilə yerli yarışlarda və Türkiyə çempionatlarında uğurlar əldə edib.
B. Meriç yeni təyinatı ilə bağlı fikirlərini də bölüşüb:
"Əsas məqsəd aşağı yaş qruplarında istedadlı basketbolçuları müəyyənləşdirmək, onların inkişafına şərait yaratmaq və gələcəkdə daha yuxarı yaş qrupları üzrə milli komandalarda çıxış etməyə hazırlamaqdır. Federasiya və digər yaş qrupları üzrə milli komandaların məşqçiləri ilə sıx əməkdaşlıq edərək Azərbaycan basketbolunun gələcəyinə xidmət edən uzunmüddətli inkişaf sistemi qurmaq istəyirik".
Qeyd edək ki, təcrübəli mütəxəssis son üç mövsümdə Azərbaycan Basketbol Liqasında baş məşqçi kimi fəaliyyət göstərib. O, 2023/2024 mövsümündə "Gəncə", növbəti iki mövsümdə isə "Şəki" klubuna rəhbərlik edib. B.Meriçin rəhbərliyi altında "Şəki" 2024/2025 mövsümündə Azərbaycan çempionatının bürünc medalını qazanıb. 2025/2026 mövsümündə isə klub tarixində ilk dəfə Azərbaycan Kubokunun yarımfinal mərhələsinə yüksəlib.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Beyləqanda avtomobillər toqquşub, ölən və yaralanan var
-
Keçmiş məcburi köçkün Tərtərdə güllələndi - 21 yaşlı gənc SAXLANILDI
-
Ermənistan və Latviya Aİ ilə readmissiya sazişi üzrə protokol imzalayıb
-
Azərbaycanda emala təhvil verilən məhsullar üzrə subsidiyanın əhatəsi genişləndirilir
-
Əraqçi ilə İƏT-in baş katibi son regional hadisələri müzakirə ediblər
-
Bakıda məktəb qalmaqalı: Valideynlər övladlarının kənarlaşdırıldığını iddia edirlər













