Evdə virusların yayılma riskini azaltmağın sadə yolu - Həkim açıqladı
Payız-qış mövsümündə qrip və digər kəskin respirator virus infeksiyalarından qorunmaq üçün ev və iş yerlərinin mütəmadi havalandırılması vacibdir. Mütəxəssislər otaqların hər 1-2 saatdan bir qısa müddətə havalandırılmasını tövsiyə edirlər.
Far.Az xəbər verir ki, Rusiyanın Səhiyyə Nazirliyinin baş terapevti, Rusiya Elmlər Akademiyasının akademiki Oksana Drapkina respirator infeksiyalara yoluxma riskini azaltmaq üçün pəncərələrin hər 1-2 saatdan bir 5-10 dəqiqə açıq saxlanılmasını məsləhət görüb.
Həkimin sözlərinə görə, soyuq havalarda otağın havasını dəyişmək üçün 3-5 dəqiqəlik havalandırma da kifayət edə bilər. Bunun üçün pəncərə və ya qapıları geniş açaraq otağa təmiz havanın daxil olmasını təmin etmək lazımdır.
Drapkina izah edib ki, qapalı məkanlarda virus daşıyan aerozol hissəcikləri toplanır. Otağın havalandırılması isə həmin hissəciklərin havadakı konsentrasiyasını azaldaraq yoluxma ehtimalını aşağı salmağa kömək edir.
Mütəxəssis qapalı məkanlarda havanın rütubət səviyyəsinin 40-60 faiz arasında saxlanılmasını da tövsiyə edib. Çünki həddindən artıq quru hava burun və boğazın selikli qişasını qurudur, bununla da tənəffüs yollarının təbii müdafiə mexanizmlərini zəiflədir.
Həkim bildirib ki, kifayət qədər rütubətli hava tənəffüs yollarının özünü təmizləmə prosesini dəstəkləyir və selikli qişaların qoruyucu funksiyasının saxlanmasına kömək edir.
Respirator infeksiyalardan qorunmaq üçün əllərin mütəmadi yuyulması, insanların sıx olduğu yerlərdə maska və ya respiratordan istifadə edilməsi də tövsiyə olunur.
Evdə ailə üzvlərindən biri xəstələndikdə isə imkan daxilində onun ayrıca otaqda qalması, digər şəxslərlə təmasının məhdudlaşdırılması, otaqların daha tez-tez havalandırılması və nəm təmizliyin aparılması məsləhət görülür.
Oxşar xəbərlər
Ağsu dolaylarındakı son durum: Sürüşmə riskini azaltmaq üçün tədbirlər görülür
Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva "Təmiz Dünya" sığınacağındakı uşaqların bayram sevincinə şərik olublar
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İraq Saddam Hüseynin təyyarəsini satışa çıxarıb
-
Rəssam Nigar Ağabəylinin "İki dünya arasında" adlı fərdi sərgisi açılıb
-
ABŞ Konqresinin Nümayəndələr Palatasında demokratlar 258 yer qazanıb
-
ABŞ-nin Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin şərtləri bəlli olub
-
Makron Fransada büdcə kəsirinin məhdudlaşdırılmasını Konstitusiyaya daxil etmək istəyir
-
BMT-nin Baş katibi COP31-dən sonra Türkiyəyə təşəkkür edib













