Azərbaycanda xəstəliklərin aşkarlanmasında süni intellektdən istifadə ediləcək?
Azərbaycanda səhiyyə sahəsində süni intellekt əsaslı texnologiyaların tətbiqi ilə bağlı işlər aparılır.
Far.Az-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, süni intellekt xüsusilə tibbi görüntülərin təhlili, xəstəliklərin erkən aşkarlanması, klinik qərarların dəstəklənməsi və pasiyent məlumatlarının emalı baxımından perspektivli istiqamətlərdən biridir.
Qeyd olunub ki, hazırda radioloji istiqamətlərdə, həmçinin həkimlərin iş axınlarının optimallaşdırılması məqsədilə süni intellekt əsaslı tətbiqlər pilot layihələr şəklində həyata keçirilir.
Məlumata görə, bu istiqamətdə mövcud həllər nəzərdən keçirilir. Tibbi dəqiqlik, məlumatların təhlükəsizliyi, şəxsi məlumatların qorunması və mütəxəssis nəzarəti kimi əsas şərtlərə cavab verən və tətbiqi məqsədəuyğun hesab edilən həllər barədə ictimaiyyətə məlumat veriləcək.
Şahanə Xankişiyeva
Oxşar xəbərlər
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Biləsuvar rayonunun əksər hissəsi işıqsız qalıb
-
Bakıda kafedə dava zamanı bir nəfər öldürüldü - 9 nəfər saxlanıldı - ANBAAN VİDEO
-
İrəvanda COP-17 və "yaşıl ikiüzlülük" - Cənubi Qafqazın ekologiyasına Ermənistanın "töhfələri"
-
Elin Süleymanov: Cənubi Qafqaz sülh nümunəsinə çevrilib
-
Özbəkistan və Hindistan XİN başçıları Bakıda görüş keçiriblər
-
"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir













