"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir
Far.Az xəbər saytı

"Fly Central Asia": Bakı Mərkəzi Asiya ölkələri üçün əsas aviasiya qovşağına çevrilir


Bakı Mərkəzi Asiyanı qlobal aviadaşımalar bazarları ilə əlaqələndirən aviasiya qovşağı rolunu gücləndirir.

"Report" "Fly Central Asia" analitik platformasının məlumatına istinadən xəbər verir ki, bir həftə ərzində dörd Mərkəzi Asiya dövlətindən Heydər Əliyev Beynəlxalq Hava Limanına 70 müntəzəm aviareys həyata keçirilib.

Uçuşlar regionun 10 müxtəlif hava limanından həyata keçirilib. Aviadaşımaların həcminə görə lider Qazaxıstan olub. Bu ölkə ümumi reyslərin təxminən 59 %-ni - 41 uçuşu təmin edib. Almatı (ALA) hava limanından 11, Astanadan (NQZ) 8, Aktaudan (SCO) 10, Atıraudan (GUW) 6, Şımkent (CIT) və Aktobedən (AKX) isə ayrı-ayrılıqda 3 reys həyata keçirilib.

İkinci yerdə 18 reyslə Özbəkistan qərarlaşıb. Bu reyslərin 15-i Daşkənddən (TAS), 3-ü isə Səmərqənddən (SKD) yerinə yetirilib. Bişkekdən (Qırğızıstan) Azərbaycan paytaxtına 6, Düşənbədən (Tacikistan) isə 5 reys həyata keçirilib.

"Mərkəzi Asiyanın qlobal mülki aviasiya bazarlarına inteqrasiyası prosesi nəzərə alınmaqla, Bakı diqqətəlayiq olan daha bir mühüm aviasiya habıdır", - şirkətin analitikləri vurğulayırlar.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Milli Aviasiya Akademiyasında Beynəlxalq Təlim Mərkəzinin açılışında iştirak edib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Şəkidə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın mədəniyyət dəyərləri" mövzusunda tədbir keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər