5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
Far.Az xəbər saytı

5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir


Xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti yeni qaydada tənzimlənəcək.

Far.Az trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, leytenant hərbi rütbəsində olma müddəti təhsil müddəti 5 il olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün - 2 il (aviasiyanın uçuş heyətində və sualtı gəmilərdə xidmət edən hərbi qulluqçular üçün - 1 il), müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi digər hallarda - 1 il müəyyən ediləcək.

Hazırda qüvvədə olan qanuna görə, təhsil müddəti 5 il və daha çox olan hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrini bitirmiş hərbi qulluqçular üçün leytenant hərbi rütbəsində olma müddəti 1 il müəyyən edilir.

Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Oxşar xəbərlər

"Kağız gətir - kitab apar" sosial-ekoloji layihəsinə start verildi
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Kursant hərbi rütbəsi əsgərə bərabər tutulacaq
"Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Qanuna dəyişiklik edilməsi təklif olunur
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər