"Expressbank" Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib
Far.Az xəbər saytı

"Expressbank" Qusarın bütün ucqar kəndlərində birinciləri sevindirib


"Expressbank" ASC "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində növbəti dəfə ucqar kəndlərdə birinci sinfə başlayan uşaqları məktəb ləvazimatları ilə təmin edib.

Layihə çərçivəsində Qusarın Böyük Muruq, Düztahir, Gican, Mucuq, Əniq, Aladaş, Laza, Kuzun, Suvacal, Yuxarı Qələnxur və Zuxul kənd məktəblərində 2026-cı ilin sentyabr ayında birinci sinfə başlayacaq 60-dan çox məktəbliyə məktəb ləvazimatları hədiyyə olunub.

Bununla yanaşı, uşaqlar üçün ilkin maliyyə savadlılığı üzrə maarifləndirici təlim də keçirilib. Təlim zamanı məktəblilərə istək və ehtiyac anlayışlarının fərqi, şəxsi büdcənin formalaşdırılması və vəsaitlərdən düzgün istifadə barədə yaşlarına uyğun, sadə və praktik məlumatlar verilib. Həmçinin uşaqlara istəkləri və ehtiyacları daha asan fərqləndirmələrinə kömək etmək məqsədilə şəkilli yaddaş vərəqləri təqdim olunub.

Korporativ sosial məsuliyyət prinsiplərinə hər zaman sadiq qalan Expressbank təhsilə dəstək istiqamətində həyata keçirdiyi "Aydın Sabahlar" layihəsi ilə artıq üçüncü ildir ki, ucqar kəndlərdə yaşayan uşaqların təhsil həyatına atılan ilk addımlarına töhfə verir.

"Expressbank" "Aydın Sabahlar" korporativ sosial məsuliyyət layihəsini daha əvvəlki illərdə Qubanın və Lənkəranın ucqar kənd məktəblərində həyata keçirib. Layihə çərçivəsində ölkəmizin ucqar kəndlərində ümumilikdə 200-ə yaxın uşağın birinci sinfə başlamasına dəstək göstərilib. Bank gələcək nəsillərin inkişafına və onların daha yaxşı imkanlarla təmin olunmasına yönələn sosial təşəbbüslərini bundan sonra da ardıcıl şəkildə davam etdirəcək.

"Expressbank" Bakı, Qusar və başqa regionlarda 18 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya Bankın İnstagram", "Facebook", "LinkedIN" və "Telegram" sosial platformalarındakı rəsmi hesablarından tanış ola bilərsiniz.

"Expressbank" Azərbaycan Mərkəzi Bankının 30 dekabr 1992-ci il tarixində verdiyi №119 lisenziya əsasında fəaliyyət göstərir.

Ünvan: Bakı şəhəri, Yusif Vəzir Çəmənzəminli küçəsi, 134C.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan məktəblərində 263 müəssisədə sanitar pozuntu aşkarlanıb
Ülvi Mehdiyev Baku TV-yə müsahibə verib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər