Sədr: Diaspor Komitəsi TDT ölkələrinin hamısı ilə ikitərəfli sazişlər imzalayıb
Far.Az xəbər saytı

Sədr: Diaspor Komitəsi TDT ölkələrinin hamısı ilə ikitərəfli sazişlər imzalayıb


Diasporla İş üzrə Dövlət Komitəsi indiyədək Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan bütün ölkələrlə ikitərəfli sazişlər imzalayıb.

Bu fikirləri Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Birinci Müsəlman Diaspora Forumu çərçivəsində "Far.Az"un Türkiyə bürosuna açıqlamasında Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib.

Komitə sədri türk dövlətlərindən əlavə Meksika və Ruminiya kimi ölkələrlə də memorandumların imzalanmasına diqqət çəkib.

"Biz həmin ölkələrin nümayəndələri ilə əməkdaşlıq perspektivlərini də müzakirə edirik. Prezident İlham Əliyevin də tapşırığı ondan ibarətdir ki, ən yaxşı təcrübələri öyrənək, onları tətbiq edək və son nəticədə bütün bunların soydaşlarımıza xeyri dəysin".

Pakistan hökumətinin nümayəndəsi ilə görüşün vacibliyini vurğulayan komitə sədri Türkiyə ilə yanaşı, bu ölkə ilə də qardaşlıq münasibətlərinin əhəmiyyətini qeyd edib:

"Pakistanla çox oxşar proqramlarımız var. Biz pakistanlı həmkarımızı Azərbaycana, onlar isə bizi Pakistana dəvət edib. Hesab edirəm ki, perspektiv baxımından birgə fəaliyyət labüddür. Bu, ilk növbədə, təcrübə mübadiləsi deməkdir. Həmçinin bizimlə əməkdaşlıq edən dövlətlərin diaspor qurumları soydaşlarımızın sayının az olduğu ölkələrdə Azərbaycan üçün vacib olan məsələlərdə öz sözlərini deyəcəklər. Bununla yanaşı, elə layihələr var ki, onların həyata keçirilməsi üçün beynəlxalq təcrübə lazımdır. Coğrafi yanaşmadan çox, bizim üçün ölkələrin diaspor sahəsindəki bilik və təcrübəsi əsasdır".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İƏT Mədəniyyət Festivalı çərçivəsində Qadınların Yaradıcı Forumu keçirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər