Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN
Far.Az xəbər saytı

Trampdan Fransaya çağırış: Sərhədləri BAĞLAYIN


ABŞ Prezidenti Donald Tramp Fransada keçirilən kütləvi etirazlara münasibət bildirib və ölkə hakimiyyətini sərhədləri bağlamağa çağırıb.

Far.Az xəbər verir ki, Tramp "Truth Social" platformasındakı paylaşımında Fransadakı vəziyyəti miqrasiya siyasəti ilə əlaqələndirib. O, ölkənin gec olmadan sərhədlərini bağlamalı və vəziyyətə nəzarəti bərpa etməli olduğunu bildirib.

Qeyd edək ki, oktyabrın 17-də Parisdə və Fransanın digər şəhərlərində yanacağın bahalaşmasına və əhalinin alıcılıq qabiliyyətinin azalmasına qarşı kütləvi etirazlar keçirilib.

Aksiya təşkilatçılarının məlumatına görə, nümayişlərdə 800 min, Fransa Daxili İşlər Nazirliyinin hesablamalarına əsasən isə 550 min nəfər iştirak edib. Bir sıra şəhərlərdə etirazlar iğtişaşlara və polislə qarşıdurmalara çevrilib. Ölkə üzrə 1 800 nəfərin saxlanıldığı bildirilir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Səhiyyə Nazirliyi Xankəndidə uşaqlar üçün tibbi aksiya keçirdi
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər