Rauf Cabbarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı işləri daha çox artırmağa ehtiyac var
Far.Az xəbər saytı

Rauf Cabbarov: QHT sektorunda kibertəhlükəsizliklə bağlı işləri daha çox artırmağa ehtiyac var


QHT sektorunda kibertəhlükəsizliklə bağlı işləri daha çox artırmağa ehtiyac var.

"Far.Az" xəbər verir ki, bunu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının icraçı direktoru Rauf Cabbarov Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşkilatçılığı və "NGO Tech Talks" ekspertlərin iştirakı ilə keçirilən təcrübə mübadiləsi sessiyası çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, dövlət və özəl sektorda kibertəhlükəsizliyə yüksək diqqət ayrılır və buna yönəlik bir çox işlər aparılsa da QHT sektoru ilə bağlı işləri daha çox artırmağa ehtiyac var:

"Ölkəmizdə rəqəmsallaşma ilə bağlı çox ciddi işlər aparılır və bu il Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş rəqəmsallaşma ilə bağlı inkişaf üzrə fəaliyyət planı bir çox istiqamətləri müəyyənləşdirib. Eyni zamanda sürətli rəqəmsallaşma müəyyən təhdidlər yaradır və burada rəqəmsallaşma ilə bağlı kibertəhlükəsizliyin önəmi dəfələrlə artır. Bu səbəbdən fərqli sahələrdə kibertəhlükəsizliyə xüsusi diqqət ayırmaq lazımdır".

R.Cabbarov bildirib ki, qeyri-hökumət təşkilatlarında əksər hallarda informasiya texnologiyaları və insan resursları müəyyən qədər məhdud olur:

"Bu səbəbdən qeyri-hökumət təşkilatlarına xüsusi dəstək göstərilməsi, onların mütəmadi maarifləndirilməsi çox vacibdir. İnformasiya texnologiyaları resursları olmayan təşkilatlarda çalışan insanların maarifləndirilməsi müəyyən təhdidlərin qarşısını almış olar".

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev Şuşanın Qarabağ küçəsində dövlət-özəl tərəfdaşlığı çərçivəsində həyata keçirilmiş işlərlə tanış olub
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər