Qurban Qurbanovdan onun rekordunu qıran Emin Mahmudovla bağlı açıqlama
"Emin Mahmudovun Azərbaycan millisindəki 10 illik sabit oyunu bütün futbolçular üçün motivasiya mənbəyi olub".
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis uzun illər yığmada sabit oyun göstərən oyunçuya təşəkkür edib:
"Emin Mahmudova uğurlar arzulayıram. Bir azərbaycanlı kimi ona minnətdaram. Bu illər ərzində Azərbaycan futbolu üçün göstərdiyi peşəkarlığa və əzmkarlığa görə təşəkkürümü bildirirəm. Milli komandada 10 il ərzində nümayiş etdirdiyi sabit və etibarlı oyunu çox yüksək qiymətləndirirəm. Çünki bu müddət ərzində eyni səviyyəni qoruyub saxlamaq, istər yığma, istərsə də klub miqyasında belə stabillik göstərmək asan deyil. Bunun üçün yüksək peşəkarlıq tələb olunur. Bu keyfiyyəti bütün gənc futbolçular, ümumiyyətlə, əsas komandada çıxış edən hər bir oyunçu üçün motivasiya mənbəyi olub. Mən bütün futbolçularda məhz belə peşəkarlıq görmək istərdim".
Baş məşqçi yarımmüdafiəçinin onun qol göstəricisini geridə qoymasına və yığmadakı karyerasını başa vurmasına da münasibət bildirib:
"Rekordumu yeniləməsinə gəlincə, düşünürəm ki, bu, hər bir oyunçu üçün arzuolunan nəticədir. Müəyyən müddətdən sonra rekordların təzələnməsi təbiidir. Onun bu uğura imza atması peşəkarlığından, əzmkarlığından və ustalığından irəli gəlir. Milli komandadakı karyerasını başa vurması ilə bağlı isə onu deyə bilərəm ki, ümumiyyətlə, hər zaman hər bir idmançının qərarına hörmətlə yanaşmışam. Eminin seçiminə də eyni cür yanaşıram. O, savadlı və düşüncəli insandır. İnanıram ki, bu addımı atarkən öz səbəbləri və əsasları olub. Hər bir halda ona olan hörmətimi həmişə qoruyub saxlayacağam. Bir daha ona işində, həyatında və ailəsində müvəffəqiyyətlər arzulayıram. Təşəkkür edirəm, Emin!"
Qeyd edək ki, E.Mahmudov noyabrın 16-da Azərbaycan millisinin Andorra (3:1) ilə baş tutan beynəlxalq yoldaşlıq matçından sonra yığmadakı karyerasını bitirib. O, hazırda 16 qolla komanda tarixinin bombardiridir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan BP ilə birgə enerji layihələrinin inkişafını müzakirə edib – Yenilənib
-
Almaniyada məlumat sızıntısına görə "Deutsche Bank" barəsində araşdırma başladılıb
-
Macarıstan Xorvatiya vasitəsilə neft tədarükünə dair danışıqlara başlayıb
-
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
-
Azərbaycanda ağır qəza - Ölənlərin sayı artır: Həlak olan ata və azyaşlı qızının fotosu
-
Böyük Britaniya Ukraynaya mindən çox uzaqmənzilli dron verəcək












