ABB-dən futbol azarkeşləri üçün qazandıran kampaniya
Futbol üzrə Dünya Çempionatı dövründə böyük maraqla qarşılanmış "Qollar qazandırır!" kampaniyasının ardınca futbol mövsümü ərəfəsində ABB yeni bir kampaniyaya start verir. "ABB Play – Master Liqa" adlanan kampaniya 15 sentyabr 2026-cı ildə başlanacaq və 5 iyun 2027-ci il tarixinə qədər davam edəcək.
"ABB Play – Master Liqa" ABB mobile istifadəçiləri üçün futbol proqnozları və bank əməliyyatlarını "Gamification" mexanizmində birləşdirir.
ABB mobile istifadəçisi kampaniyaya qoşulub, futbol oyunlarının nəticələrini proqnozlaşdırır, ABB-nin məhsul və xidmətlərindən istifadə etməklə qollar toplayıb hədiyyələr qazanır. Kredit, kart, ipoteka, "DigiTravel", ABB İnvest, "Open Banking", "DigiDeposit", ödənişlər və digər seçilmiş bank əməliyyatları istifadəçiyə əlavə qollar qazandırır. Bundan əlavə, ABB Mastercard kart sahibləri ABB Mastercard kartları ilə ödəniş etdikdə xüsusi bonusları aktivləşdirə və əlavə xal/qol qazana bilərlər.
Kampaniya 4 mərhələdən ibarətdir:
Mərhələ 1: 15.09.2026 – 29.10.2026
Mərhələ 2: 30.10.2026 – 28.12.2026
Mərhələ 3: 29.12.2026 – 01.03.2027
Final: 02.03.2027 – 05.06.2027
Kampaniyada ABB mobile tətbiqinin bütün istifadəçiləri iştirak edə bilərlər. Qollar qazanmaq üçün əvvəlcə kampaniyaya qoşulmaq tələb olunur. Bank əməliyyatlarına görə qollar məhsuldan asılı olaraq birdəfəlik, hər mərhələdə yenidən və ya əməliyyat həcminə uyğun hesablanır.
Turlar üzrə mükafatlara səyahət kuponları, "iPhone", "MacBook Air", "iPad Air", "Apple Watch", "AirPods", keşbeklər daxildir.
Final mükafatları 10 000 qalib üçün "Sea Breeze"də mənzil, avtomobil, səyahət kuponu, "Apple" cihazları, keşbeklər olaraq nəzərdə tutulub.
Kampaniya şərtləri ilə buradan tanış ola bilərsiniz.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Oxşar xəbərlər
DÇ-2026-nın ən cazibədar xanım azarkeşləri
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
Nizami City-dən möhtəşəm kampaniya - mənzil alan qazanır
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp: Düşünürəm ki, İranla müharibə seçkilərdən dərhal sonra başa çatacaq
-
Makron Paşinyanla "Şimal-Cənub" marşrutu çərçivəsində əməkdaşlığı müzakirə edib
-
Livan gəmi qəzasında xilas edilmiş miqrantları Suriyaya təhvil verib
-
Azərbaycanla Dünya Bankı arasında strateji tərəfdaşlıq müzakirə olunub
-
Bakıdakı tibb müəssisələrinin birində kök hüceyrələrin transplantasiyası həyata keçiriləcək - QƏRAR
-
Alimlər 2 min dərəcədən yüksək temperaturda yeni buz növü kəşf ediblər













